`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...

8-05-2025, 17:41           
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
" "Şərurlu İsfəndiyar"ın qürubu aşkardır... Gözlənilən idi də... Çünki bu İsfəndiyar Axundov özünü PEYĞƏMBƏR kimi təqdim etməyə qalxmışdı... Elə danışmışdı ki, sanki bu adam bir mələkdir və bu adamın hətta özünün etdiklərindən belə xəbəri yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün "facebbook" səhifəsində jurnalist Məhəmməd Ərsoy qeyd edib.
"Başına döndüyüm DÖVLƏT BABA... ona yerini və... əslində həm də kimliyini tanıtdı... ƏSL KİMLİYİNİ..." deyə sözünə davam edən M.Ərsoy daha sonra bunları qeyd edib:
"Mənim Şərurdan olan İsfəndiyar müəllimlə hansısa ədavətim yoxdur və onun "vurulması" prosesindən ləzzət də almıram... Hardasa toqquşmamışıq da...
Amma mənim dilədiklərim də var... "Şərurlu İsfəndiyar" cəzalanır... Yekəbaşlığı onu "bilici quş" kimi "dimdiyindən ilişdirdi"...
Amma mənim dilədiyim odur ki, "Şərurlu İsfədniyar" kurs aldığı "cəhənnəmə" özündən də betər olan "Kristal Abşeron"un şefi... həşəmətli deputat Ağalar Vəliyevi də aparsın...
Bax, onda - bu yetim-yesirin canından, qanından belə pul çıxaran Ağalar Vəliyevin aqibətini görmüş olacam və inanacam ki, "Şərurlu İsfəndiyar" da haqq etdiyinə doğru gedir...
Belədə... nə inam... nə inanc..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru