“İlk amerikalı Papa ölkəmiz üçün şərəfdir” — Tramp yeni Papanı təbrik etdi

9-05-2025, 08:44           
“İlk amerikalı Papa ölkəmiz üçün şərəfdir” —
“Yenicə Papa adı almış kardinal Robert Francis Prevost-u təbrik edirik”.

Demokrat.az bildirir ki, bunu ABŞ prezidenti Tramp paylaşımında bildirib.

“Onun ilk amerikalı Papa olduğunu anlamaq böyük şərəfdir. Bu, ölkəmiz üçün necə də həyəcanlı və böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşü səbirsizliklə gözləyirəm. Bu, çox yaddaqalan bir an olacaq!”

Qeyd edək ki, Vatikanda bu gün yeni Papa seçilib. Vatikana Robert Francis Prevost başçılıq edcək. Papa XIV Leo, Çikaqoda anadan olub, o, ilk Amerikalı Papadır.

Qlobal miqyasda yepiskopları seçən və idarə edən Vatikan ofisinə rəhbərlik edən Robert Francis Prevost həyatının çox hissəsini ABŞ-dan kənarda keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru