Ağahəsən Rəsulov bizi şoka deyil, sanki “şökə salır”
25-10-2018, 09:13
Xeyli müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yaşanan biabırçılıqlar, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Düzdür, hər dəfə dərc olunan açıqlamalara qarşı tərəf hansısa “don geyindirməyə” çalışıb və belə bir addımları ilə də, sanki ictimaiyyəti çaşdırmağı bacarıblar. Məsələn, əksər media qurumlarında dərc olunan məqalələrdə qeyd olunur ki, adı çəkilən səhiyyə müəssisəsində müalicə olunan bəzi xəstələrin əməyindən lazımınca istifadə olunur. Yəni, həmin şəxslər xəstəxananın həyət-bacasında fiziki işlərə cəlb olunurlar ki, bu da əksər hallarda narazılıq hissinin baş qaldırmasına səbəb olur. Hələlik digər olayların varlığı haqda nəsə danışmırıq.
Amma, bir müddət bundan öncə Sabirabad rayonu, Cavadkənd kənd sakini Zayıdov Səxavət Şirzad oğlu tərəfindən Nyus.Az saytının redaksiyasına şikayət ərizəsinin daxil olması onu söyləməyə əsas verir ki, bu gün də 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ciddi problemlər yaşanmaqdadır. Məsələn, adı çəkilən şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “məni 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 13-cü kişi şöbəsinin müdiri Nihad Məmmədov problemlə üz-üzə qoyduğundan, bu gün adı çəkilən şəxsdən şikayətçiyəm. Belə ki, o, əvvəllər tanıdığım bir neçə nəfər şəxsə əlilik dərəcəsi düzəltmək üçün, həmin şəxslərlə danışıb-barışır və Muradova Həbibə Zabir qızından 1100, Abdullayev Samid Ağamusa oğlundan 1200, Novruzov Fəyyaz Məhərrəm oğlundan 1300, Nuranə Mikayılovadan 1500 manat məbləğində pul alır. Xoşagəlməz hal o olur ki, son anda Nihad Məmmədovun düzüb-qoşduğu sənədlər keçərli olmur. Amma, o, həmin şəxslərdən pulları alarkən onlara söz verir ki, “Düzəltdiyim sənədlər (epikrizlər) sizə əlillik dərəcəsi əldə etməyə imkan verəcək”. Zayıdov onu da qeyd edir ki, “Həmin şəxslər Nihad Məmmədovun tələb etdiyi rüşvəti vermək üçün, hətta qızıl-zinət əşyalarını girov qoyub faizlə pul da götürürlər. Belə bir səbəblər üzündən də, adları çəkilən şəxslər ziyana düşürlər və üstəgəl xeyli məbləğdə yol xərci də çəkirlər. Bir qədər çək-çevirdən sonra Nihad həkim aldığı pulların bir qismini həmin şəxslərə qaytarır və onlardan verdiyi sənədlərin əsllərini geri alır. Bu gün həmin şəxslər ödədikləri əlavə sələm pullarını itirməklə barışmaq istəmirlər. Belə ki, H.Muradova 300, S.Abdullayev 300, F.Novruzov 350, N.Mikayılova 400 manat əlavə xərcə düşürlər. Onu da bildirək ki, Zayıdov üst-üstə 1350 manat məbləğ təşkil edən həmin pulların Nihad Məmmədovdan alınıb vətəndaşlara geri qaytarılması üçün, məsələnin KİV-də ictimailəşdirilməsini xahiş edir. Şikayətçi onu da qeyd edir ki, “Əlillik dərəcəsi əldə etmək istəyən şəxslər psixi cəhətdən tam sağlamdırlar, heç bir xəstəlikdən əziyyət çəkmirlər. Biz də bir redaksiya olaraq yaşananlarla bağlı 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov ilə əlaqə saxladıqda, o, sadalananların hər birini təkzib etsə də, şöbə müdiri vəzifəsini daşıyan Nihad Məmmədov isə “Problem öz aramızda çözülüb, məsələ bağlanıb" deməyi unutmadı.
Xüsusi vurğulanası hal odur ki, qeyd olunan problem bir qədər ictimailəşdikdən sonra, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov redaksiyamıza verdiyi cavab məktubunda qeyd edir ki, “Zayıdov Səxavət Şirzad oğlunun Nyus.Az saytına verdiyi açıqlamanın hamısı yalan, böhtan və cəfəngiyatdır. Heç bir xəstədən pul və ya maddi xərc alınmamışdır. Əlillik dərəcəsinin verilməsi məsələsi səhiyyə idarəsi deyil, Sosial Müdafiə Föndunun səlahiyyətindədir. Adı çəkilən xəstələrin sağlam olması iradına gəlincə isə, həmin xəstələr bütün tibbi müayinələrdən keçmiş, privat müalicələr almışlar və Həkim Məsləhət Komissiyasının rəyi əsasında diaqnozları təyin olunmuşdur. Zayıdov Səxavət Şirzad oğlu hal-hazırda axtarışdadır”. Bəli, biz belə bir cavabları oxuduqca şoka deyil, sanki “şökə” düşdük. Çünki, adicə bir faktı qeyd edək ki, problemlə bağlı baş həkim yaşananları inkar edir, şöbə müdiri isə “Problem öz aramızda çözülüb, məsələ bağlanıb" deyir. Digər tərəfdən
Nihad Məmmədov beş nəfər şəxsdən aldığı 5100 manat pulu və düzüb-qoşduğu sənədlərin əsasını geri qaytarır, baş həkim Ağahəsən Rəsulov isə yaşananları inkar edir. Bütün bunlar da onu sübut edir ki, həqiqətən də şöbə müdiri belə bir addımlarını atıb. O halda sual oluna bilər ki, nədən dörd nəfər zərərçəkən şəxs və şöbə müdiri vəzifəsini daşıyan Nihad Məmmədov yaşananları təsdiq edirlər, amma Ağahəsən Rəsulov isə, baş verənləri tamamilə inkar edir. Təəccüb doğuran məqamlardan da biri, Ağahəsən Rəsulovun Səxavət Zayıdovun axtarışda olmasını deməsidir. O halda da sual oluna bilər ki, adı çəkilən bu şəxs hansı səbəbdən axtarışdadır. Bax, bu cür addımlar hələ də bizi düşündürməkdədir.
Onu da bildirək ki, yaşanan problemlərlə bağlı prokurorluq orqanı tərəfindən araşdırma aparılır ki, bu da 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun açıqlamalarını “faş edir”. Deməli, baş həkimin məqsədi odur ki, baş verən belə bir olaylara hansısa “don geyindirə” bilsinlər ki, növbəti dəfə geniş ictimaiyyəti çaşdırmağı da bacarsınlar. Yox, əzizlərim” Artıq gecdir, çünki...
Mövzunu diqqətdə saxlayacağıq.
Nyus.Az