“Formula 1″ə görə məktəblər gec başlayacaq? (RƏSMİ) “Formula 1″ə görə məktəblər gec başlayacaq? (RƏSMİ)

Bu gün, 00:07           
“Formula 1″ə görə məktəblər gec başlayacaq? (RƏSMİ)
“Formula 1” yarışları ilə əlaqədar məktəblərin daha gec – sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır. Bəs gərəsən, bu iddialar nə qədər həqiqəti əks etdirir? Yeni tədris ili nə zamandan başlayacaq?

Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı “Formula 1” Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru