Səməd Səmədov Zeynəb Xanlarovaya müraciət etdi

20-05-2016, 12:30           

Xalq artisti Səməd Səmədov yaradıcılıq işlərindən danışıb.

Qaynarinfo.az-a açıqlama verən S.Səmədov bildirib ki, xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edərək, “Yaşa Azərbaycan” adlı bəstəni lentə yazdırıb: “Bu günə qədər vətənpərvər mövzuda bir çox mahnılar ifa etmişəm. Lakin cəbhədə baş verən son hadisələrdən sonra əsgərlərimizə dəstək olmaq üçün yenidən belə bir mahnı ifa etmək istədim. Buna görə də Azərbaycan incəsənətində öz sözünü demiş dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın “Yaşa Azərbaycan” mahnısını oxudum. Bir Azərbaycan vətəndaşı kimi vətənim uğurunda canımdan keçməyə hazıram. Öz sözümü mahnılarla deməyi üstün tuturam. Bu məqamda qalmaqal edib, kiminsə bostanına daş atmaq yox, bir olmaq lazımdır. Bu mahnı da elə birlik mahnısıdır. Düşünürəm ki, bu mahnı mənim repertuarımda da seviləcək. Hazırda bu bəstənin aranjeman işləri gedir. Hazır olduqdan sonra bunun təqdimatı olacaq”.

Qeyd edək ki, “Yaşa Azərbaycan” adlı bəstənin sözləri Zivər Ağayeva, musiqisi Rauf Məmmədova məxsusdur. Layihənin prodüseri Rövşən Cəfərovdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.