Laçının “icra başçısı” qızı ilə Sultan bəyin Andraniki məğlub etdyi məkanda ağac əkdi... - VİDEO

5-11-2018, 18:48           
Laçının “icra başçısı” qızı ilə Sultan bəyin Andraniki məğlub etdyi məkanda ağac əkdi... - VİDEO
26-cı ildir ki, işğal altında qalan Laçın rayonunun da daxil edildiyi “Kaşataq rayonuna” yenicə “icra başçısı” təyin edilmiş Stepan Sərkisyan rayonun “Aqavno” adlandırılan Zabux kəndi ərazisində salınmış yeni qəsəbədəki ağacəkmə kampaniyasına qatılıb. Moderator.az-ın Qarabağ qazisi Nicat Nagdalının “You Tube”dəki kanalına istinadla təqdim etdiyi video-görüntülərdən bəlli olur ki, “Airavan” qəsəbəsində özünün və balaca qızının əlində ağac tingi görünən və özü də heç bir müşayiət-filan olmadan gedən ilk şəxs məhz o ərazilərin faktiki inzibati başçısı olan Stepan Sərkisyandır. Qəsəbədə hər bir erməninin, əsasən yeniyetmə və gənclərin əllərində ting ağac əkməklə məşğul olması da görünür. Ağaclar daha çox sürüşmə təhlükəsi olan yerlərə əkilir.

Öncələr də yazdığımız kimi, Stepan Sərkisyanın sevinə-sevinə Azərbaycan torpağına ağac əkməyə gedən qızının adı Şuşa şəhərimizin şərəfinə “Şuşi” qoyulub...

Xatırladaq ki, ABŞ vətəndaşı olan Stepan Sərkisyan Los-Ancelesdə “Hayrenaser” xeyriyyə cəmiyyətini yaradıb. O, 2016-cı ildə arvadı Nelli Martirosyan və qızı Şuşi ilə birlikdə Laçına köçərək burada ermənilərin qanunsuz məskunlaşmasına xidmət edən xeyriyyə işlərinə başlayıb. Və xəbər verdiyimiz kimi(bax:http://www.moderator.az/news/243912.html), oktyabrın 16-da qondarma “Kaşataq rayonu”na yeni “icra başçısı” təyin edilib.

Onu da xatırladaq ki, 1918-ci ildə xalq qəhrəmanı Sultan bəy ermənilərin tayqulaq “qəhrəman” generalı Andranikin qoşununu məhz erməni “başçı”nın ağac əkdiyi Zabux kəndi ərazisində darmadağın edib...

Sultan Laçın













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.