Proqnoz: İrandan “qaçan” kapital Bakıya gələcək

6-11-2018, 10:08           
Proqnoz: İrandan “qaçan” kapital Bakıya gələcək
Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu ABŞ-ın İrana ötən gündən qüvvəyə minən növbəti sanksiyaları ilə bağlı qeyd edib. Q.İbadoğlu bildirib ki, sanksiyalar İrana tətbiq edilən sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yarada, Azərbaycan üzərindən Rusiya İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərə bilər, eləcə də İranla-Azərbaycan arasında iqtisadi əlaqələr də zəifləyəcək:

“Lakin, bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək. Xüsusilə də Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, torpaq, mülk, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq”.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.