Dekanlar yox, Akif Süleymanov işdən çıxarılmalı idi - İlginc səbəblər

22-12-2015, 13:17           
Dekanlar yox, Akif Süleymanov işdən çıxarılmalı idi - İlginc səbəblər
Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun adı xeyli müddətdir ki, medianın gündəmini əməlli-başlı zəbt edib. Bu da səbəbsiz deyil. Hələ bu ilin əvvəllərində xəbər yayıldı ki, Maliyyə Nazirliyinin Mais adlı əməkdaşının rəhbərliyi ilə Azərbaycan Texnologiya Universitetində yoxlama aparılıb və 500 min manatdan artıq vəsaitin mənimsənilməsi faktı aşkarlanıb. Bundan sonra ATU-da aləm bir-birinə dəydi. Rektor Akif Süleymanov məsuliyyətdən yayınmaq üçün bütün günahları təsərrüfat işləri üzrə prorektor Aslan Quliyevin üzərinə yıxmağa çalışdı. Prorektor isə onluq bir işin olmadığını bildirdi.

Az sonra Akif Süleymanovun ölkədən qaçması ilə bağlı yayılan xəbər ölkədə şok effekti yaratdı. Bir müddət rektordan xəbər almaq mümkün olmadı. Nəhayət ki, onun yaxınları Akif müəllimin ürəyində problem yaranması və buna görə də Türkiyəyə müalicəyə getməsi ilə bağlı açıqlama yaydılar. Bu müəmmalı səfər 3 aydan çox çəkdi və nəhayət ki, Akif Süleymanov Gəncəyə qayıtdı.

Rektorun dönüşündən sonra nələrin baş verəcəyi böyük maraqla gözlənilirdi. Bəziləri onun həbs ediləcəyini, bəziləri isə ən azı vəzifəsindən azad olunacağını ehtimal edirdi. Lakin bunların heç biri baş vermədi. Yalnız təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Akif Süleymanova işində yol verdiyi nöqsanlara görə töhmət verildi. Ardınca isə birdən-birə 4 dekan işdən azad edildi.Halbuki ,Labaratoriyalara alınmalı olan kimyəvi məhlul belə alınmadan Akif Suleymanov tərəfindən mənimsənilirdi.Sessia i



mtahanlarından kəsilən tələbələrə kredit pulunu artıq yazmaq üçün dekanlar məcbur edilirdi.İmtahanlardan kəsilən tələbələr apeliyyasiya şikayəti ərizəsi yazmaları az idi. Gərək hər bir fənn üzrə imtahan kəsirinə tələbələr 500 manat rüşvətdə verəydilər.İndi Akif Suleymanovun məsuliyyəti yoxmuş kimi davranması necə təccub yaratmaya bilər.

Faktinfo.az saytına sözügedən universiet müəllimi tərəfindən daxil olan məlumata görə, yaranmış vəziyyətin bu cür qiymətləndirilməsi ATU-da hökm sürən gərginliyi bir qədər də artırıb. Sanki alovun üzərinə su əvəzinə benzin töküblər. Universitetin əksər müəllim və tələbələri baş alıb gedən bütün qanunsuzluqların – talançılığın, rüşvətxorluğun, intizamsızlığın, qohumbazlığın və s. negativ halların əsl günahkar kimi Akif Süleymanovun adını çəkirlər.Qayıbı belə tələbəyə keçməyən rektor bir qayıba görə tələbələrdən 8 manat pul aldırırdı,tələbələrdən alınan illik təhsil haqlarını silib mənimsəyirdi. Orada ədalətli yoxlama aparılsaydı univerisitetə ayrılmış vəsaitlərin və büdcədən kənar daxil olmaların proqnozlaşdırılması və icrasına dair milyon manatlarla vəsaitin mənimsənilməsinə dair faktların aşkarlanması mümkün idi.

Doğrudan da, rüşvətlə işə girən kadrlardan, semestr imtahanlarında yığılan pullardan, aylığa buraxılan tələbələrdən, müxtəlif adlar altında silinən büdcə vəsaitindən rektorun xəbəri olmaya bilərmi?! Prorektor və ya dekanın bu işlərlə özbaşına məşğul olması mümkündürmü?! Əlbəttə ki, yox!..

Ödənişli əsaslarla təhsil alan tələbələrə qanunla təqaüd kartı verilə bilməz. Ancaq faktinfo.az saytına verilən məlumata görə, ATU-da 200-dən çox belə tələbə kartla təmin olunub. Kapital bankdan onların adına kart açılması üçün tələb olunan arayış isə birbaşa rektorun göstərişi və əmri əsasında verilib. Təbii ki, əldə olunan kartlar da sonradan tələbələrin cibində deyil, rəhbərliyin kassasında saxlanılır.

Dərs prosesində qəflətən reydlər təşkil edilsə, məlum olar ki, əslən Gəncə ətrafındakı rayonlardan olan tələbələrin böyük əksəriyyəti yerində yoxdur. Onların hansı səbəbdən və nəyin müqabilində tədrisdən yayınmaları heç kəsə sirr deyil.

Onu da qeyd edək ki, Akif Süleymanov həm səhhəti ilə bağlı vaxtlı-vaxtında işə çıxa bilmədiyinə, həm də adının hallanmasını istəmədiyinə görə qanunsuz əməllərini birbaşa deyil, yaxın çevrəsinin köməyi ilə həyata keçirir. Deyilənə görə, müəllim və tələbələr köməkçi Babəkin yanına gəlir, onunla hesablaşır.

Maraqlıdır ki, ali məktəb daxilindəki hərc-mərclik, narazılıq rektoru o qədər də narahat etmir. Akif Süleymanov üçün əsas odur ki, Təhsil Nazirliyi və bir də Gəncə şəhərinin rəhbərliyi onun “fəaliyyətindən” razı qalsın. Elə bu yaxın münasibətin nəticəsidir ki, o qədər qanunsuzluqların qarşılığında bir töhmətlə canını qurtara bilib. Ancaq hələlik…

Onu da vurğulamaq yerinə düşər ki, Akif Süleymanov tez-tez özünü təhsil nazirinin müşaviri İlham Pirməmmədovun yaxın adamı olduğunu bildirir. Ancaq deyilənə görə, İlham Pirməmmədovun onunla heç bir yaxınlığı yoxdur və İlham müəllim həmişə belə adamlardan uzaq durmağa çalışır.

Maliyyə Nazirliyinin üzə çıxardığı faktlar əsasında hazırda ATU-da Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparılır. Obyektivlik naminə yaxşı olardı ki, Akif Süleymanov müvəqqəti də olsa, yoxlamaların nəticəsi üzə çıxana qədər vəzifəsindən uzaqlaşdırılsın.

Çünki Akif Süleymanov nə qədər ki, ATU rəhbərlik edəcək onun”əməlləri” tükənməyəcək. Məsələn,biraz əvvəl keçirilən saxta dekan seçkiləri də buna misaldır.Dörd fakultədə dekan seçkiləri saxta keçirilib.Standartlaşma və Texnologiya fakultəsi üzrə beş namizəd olub. Əsgərov Namiq,MəlikovMəhəmməd,HacıyevRövşən,Musayev Həsən,Namazov Qəhrəman.Bu şəxslərin içindən ən pullusu,qaraj müdirinin oglu olan Musayev Həsənnin xeyrinə bulleteinlər saxtalaşdırılaraq o,dekan seçilib.On üç il əvvəl rüşvət üstündə ATU-dan qovulan şəxs, indi necə dekan seçildi?!ATU-da hamı bu saxta dekan seçkilərini muzakirə edir.Nədən Mikayıl Cabbarov bu saxta dekan seçkilərini araşdırmır?!Hələdə Akif Suleymanov müdafiə olunur.Dekan seçkilərində şanslı namizədlər kənarda qaldı,kimin pulu var o dekan seçildi.Akif Suleymanova nazir töhmətdə verdi ki,onun əməlləri yaxşılıga dogru dəyişsin,amma o xislətini dəyişmədi,dekan seçkilərini də saxta keçirdi. Haqlı sual olunar ki,bu şəxs islah olunmadısa nədən hələdə ATU-nun rektoru olub,işləməlidir?!

Demək ki,onun ATU-nun rektoru qalıb işləməsi müəyyən maraq kəsb edir,Akif Suleymanov hələ bir muddət”iş”başında olmalıdır.Onu müdafiə etmək kimlərəsə sərf edir.Akif Suleymanov zamanı gələndə “xərclənəcək” ,hələlik “əməlləri” onun məsuliyyətə cəlb olunması üçün yetərli deyil

Ardı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.