Məmur arvadı ilə bərabər Türkiyədən villa alan digər azərbaycanlılar...
25-01-2016, 11:50
Azərbaycanlı məmur arvadının Türkiyədə 20 milyon dollara villa alması haqda xəbər media və sosial şəbəkələrin gündəm mövzusuna çevrilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımı Könül Mehdiyevanın Türkiyənin kurort bölgəsi olan Bodrumda 20 milyon dollara 12 min 621.71 kvadratmetr torpaq sahəsində 16 ikimərtəbəli villa alması xəbərinə hələ ki rəsmi reaksiya yoxdur. Amma gözlənilir...
Modern.az saytının məlumatına görə, Könül Mehdiyeva Türkiyədə daşınmaz əmlak alan ilk və sonuncu azərbaycanlı deyil.
2015-ci ili yanvar-dekabr ayları ərzində azərbaycanlılar Türkiyədən 815 daşınmaz əmlak alıb.
Türkiyə Statistika Komitəsinin məlumatına görə, təkcə ötən ilik dekabr ayında soydaşlarımız qardaş ölkədə 82 ev alıblar. Lakin rəsmi məlumatda həmin azərbaycanlıların kimliyi və daşınmaz əmlaka xərclədikləri vəsaitin məbləği açıqlanmır.
Azərbaycanlılar Türkiyədən daşınmaz əmlak alan əcnəbilər arasında 7-ci sıradadır.
2015-ci ildə Türkiyə mənzil bazarına ən çox maraq göstərən əcnəbilər arasında iraqlılar olub-4228 nəfər.
Sonrakı pillərdə də Səudiyyə Ərəbistanı (2704), Küveyt (2130), Rusiya (2036), Əfqanıstan (656), Almaniya (869) gəlir.