Samir Şərifovdan müavininə şok ittiham: “Məni aldadıb, pulları oğurlayıblar…”- VİDEO

25-01-2016, 22:06           
Samir Şərifovdan müavininə şok ittiham: “Məni aldadıb, pulları oğurlayıblar…”- VİDEO
“Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbərliyi Müşahidə Şurasını təhrif olunmuş maliyyə hesabatları ilə aldadıb”. Bunu Maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində deyib. Maliyyə naziri bildirib ki, bankın sabiq rəhbərliyi çox kobud səhvlərə yol vermişdir:“Bu gün artıq bu səhvlərə hüquqi qiymət verilməkdədir.Bir çox hallarda Müşahidə Şurasının qərarlaına əməl edilməmiş, bank barədə məlumatlar təhrif olunmuş, hesabatlarda təhrif olunmuş məlumatlar verilmişdir. Nəticə etibarı ilə, bu bankda mənimsəmə olub”.
Samir Şərifov bildirib ki, Beynəlxalq Banka borcu olan zavod və fabriklər sağlamlaşdırılaraq satışa çıxardılacaqdır: “Biz bu bankın bəzi pis aktivlərini, biz ona toksik aktivlər deyirik. Yəni hansılar ki, kreditlər verilib, amma pullar oğurlanıb, mən bunu açıq şəkildə etiraf etməliyəm. Belə hallar da var. Əlaqəli şəxlərə dolayı yollarla kreditlər verilib, həmin pullar da çıxarılıb, lazım olmayan işlərə sərf edilib. İlk növbədə biz bu pulların borclular tərəfindən qaytarılması üçün işləri davam etdiririk.
Digər tərəfdən, əmanətçilərə xələl gətirməmək üçün bankın problemli aktivlərinin bir hissəsini “Aqrarkredit” QSC-nə təhvil verilməsini qərara aldıq. Söhbət müxtəlif zavod və fabriklərdən gedir, hansılarda ki işin gedişatı qənaətbəxş deyil. Biz onları sağlamlaşdırıb, bank vəsaitlərin bir hissəsini qaytarmaq üçün satmaq niyyətindəyik”.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurası 5 nəfərdən ibarətdir. Hazırda Şuraya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov, fiziki şəxs Səidə Bayramova Şuranın üzvləridir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə hesabatlarına “Deloitte” şirkəti audit rəyi verib.
ABB-nin aktivləri 10,8 milyard manata yaxındır. Beynəlxalq Bankın səhmlərinin nəzarət zərfi dövlətə məxsusdur.
Qeyd edək ki, Beynəlxalq Bankın Müşahidə Şurasına maliyyə nazirinin müavini rəhbərlik etdiyindən, bankdan oğurlanmış milyardlara görə Samir Şərifof da ittiham edilir. Nazir də açıq deməsə də, bu itihamlara cavab verməyə, bankdan pulların oğurlanmasına Maliyyə Nazirliyinin niyə imkan verdiyinə aydınlıq gətirməyə çalışıb.
O, Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sədri Cahangir Hacıyevin təhrif olunmuş maliyyə hesabatları ilə onları aldatdığı bildirərək, oğurlanmış milyardlardan xəbərsiz olduğunu bildirib. Ancaq maraqlıdır, kim(lər)insə DÖVLƏTİN milyardlarını OĞURLAMASI bu vəsaitləırə NƏZARƏIT etməli olan ŞƏXSİ məsliyyətdən azad edirmi?
Bəlkə də, Samir Şərifov birbaşa məsuliyyət daşımır. Ancaq Müşahidə Şurasının sədri – maliyyə nazirinin müavini Azər Bayramovu hər hansı şəkildə məsuliyətdən kənarda tutmaq mümkün deyil. Ən azı səhlənkarlığına, nəzarət funksiyasını lazımı şəkildə yerinə yetirmədiyinə görə istefa verməlidir. Müşahidə Şurasının üzvləri isə tam şəkildə dəyişməlidir. Kim bilir, bəlkə, bu oğurlanan milyardlarda Müşahidə Şurasının sədrinin,üzvlərinin də payı olub? Araşdırılıbmı?
Azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.