Bir addımlığımızdakı “intihar quyusu”: Cəmi bircə addım atmaq kifayətdir ki... - Böyük təhlükə barədə BİZİM TƏQDİMAT
28-04-2021, 00:05
Rusiyada oyun aludəçiliyinin xəstəlik kimi tanınacağı ilə bağlı Səhiyyə Nazirliyinin məlumat yayılıb.
Məlumata əsasən, oyun aludəçiliyi funksional beyin pozğunluğu olmaqla “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı” adlı çoxcildliyə daxil ediləcək.
Ümumiyyətlə, internet oyunlarının əksəriyyəti kiçik yaşlı uşaqlar üçün zərərlidir. Bununla bağlı mütəxəssislər dəfələrlə xəbərdarlıq edib, uşaqların bu tip oyunlarla daha az vaxt keçirməsini tövsiyə olunub. Hətta zaman-zaman bu tərz oyunlar səbəbilə intihar halları da yaşanıb. Qeyd etmək lazımdır ki, bu oyunlardan təkcə azyaşlılar deyil, gənc və ortayaşlı nəsil də istifadə edir və eyni zərər onlar üçün də keçərlidir. Bu oyunlar şəxslərdə yalnızlıq duyğusu da yaradır və fərdin ətrafdan qopması, ailə ilə belə uzaqlaşmamasına səbəb olur. Əslində oyunların yaradılması da dolayı yolla buna hesablanıb.
Maraqlıdır ki, ən təhlükəli oyunlar hansılardır? Bununla bağlı Cebhe.info-nun araşdırmasını təqdim edirik:
Öncədən bildirək ki, “Siniy kit” (“A blue whale”), “Tixiy dom” (“A quiet house”), “More kitov” (“A sea/a bunch of whales”), “Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”) kimi oyunlar ən təhlükəli oyunlar hesab edilir.
"More kitov”
"A sea/a bunch of whales” kimi də adlanan oyun uşaqlar üçün ən təhlükəli oyunlardan biri hesab edilir. Belə ki, oyundan qeydiyyatdan keçən iştirakçıya binanın başında şəkil çəkdirmək, sürətlə gələn maşının qarşısına qaçmaq və qaçarkən şəklini, ya videosunu çəkib qrupa yerləşdirmək kimi tapşırıqlar verilir. Oyun sonunda isə intihar əmri verilir. Hətta intihar etməyən şəxslərin ailəsinin öldürüləcəyi ilə bağlı onlara bildiriş gəlir. Bu oyunda iştirak edən şəxslər arasında intihar hadisələri çoxluq təşkil edir.
"Razbudi menya v 4:20”
Bu oyunun təşkilatçıları iştirakçılara psixologiyanı pozacaq mahnılar dinlətdirir. Hətta o şəkildə təsir etmə gücünə sahib olurlar ki, fərd özü istəməsə belə, bu musiqiləri dinləmək məcburiyyəti hiss edir. Həmçinin, eyni formatda filmlər izlədilir, intiharla bağlı danışılır, intiharın ən doğru seçim olduğu qeyd olunur, öldükdən sonrakı həyatın reallığından, yenidən həyata gəlməkdən bəhs edilir. Sözsüz ki, bu oyunun da əsas məqsədi iştirakçını intihara sövq etməkdir.
Sonda isə şəxs qollarını ülgüclə cızaraq qrupa şəkillər göndərir. Ona sonuncu günündə səhər 4:20-yəqədər yatmaq icazəsi verilir.
Həmin saatda oyunun admini "Skype”la zəng edərək bunların bir yuxu olduğunu və özünü öldürməyi tapşırır. Bildirilir ki, bu halda yuxudan oyanacaq. Əgər iştirakçı hadisələri anlayıb intihar etmək fikrindən daşınarsa, ona ünvan göndərilir və yaşadığı yerin bəlli olduğu mesajını verir. Bundan sonra şəxs sevdiklərinin öldürüləcəyi ilə təhdid edilir.
"Blue Whale Challenge"
“Mavi balina” oyunu da digər oyunlara bənzəyir. Oyuna qeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlar soruşulur. Oyun ümumilikdə 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəli, qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır.
Bütün bu tapşırıqları "uğurla" yerinə yetirən oyunçular 50-ci günün sonunda "balina" olmağa haqq qazanır. Elə "oyunun" da kuliminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi ilə hərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşa demirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və ya asmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədə təbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isə xüsusi motivasiya verilir. İntihar mərhələsindən imtina edənlər isə ailələrinə zərər yetirmə, öldürmə ilə şantaj edilir.
İlk dəfə 2015-ci ildə oyun nəticəsində intihar hadisəsi baş verib. Oyunun qurucusu Rusiyada universitetdən qovulan psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykin saxlanılan zaman polisə verdiyi ifadədə oyunun məqsədi barədə belə deyib: "Mən cəmiyyəti bioloji zibillərdən təmizləmək üçün bu oyunu qurmuşam".
Uşaqlarınızı və özünüzü bu oyunlardan uzaq tutun.
Naibə
Cebhe.info