İdmançıların klubunu sökən "Olympus Park"ın işi dayandırıldı - Nazirlik işçiləri post qurdu

21-05-2021, 16:28           
 İdmançıların klubunu sökən "Olympus Park"ın işi dayandırıldı
Bakıda idmançıların klubunu gecə ilə sökən "Olympus Park" şirkətinin inşa etdiyi binanın tikintisi dayandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı klubun rəhbəri verib.

"Lider" idman klubunun rəhbəri İlham Sərdarov deyib ki, Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırıb. Hazırda tikinti ərazisində FHN əməkdaşları növbə çəkir.

Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Olympus Park” tikinti şirkətinin adı daha əvvəl də bu cür problemlərdə çəkilib. Yəni, vətəndaşın razılığı olmadan evlər sökülüb, kompensasiya ilə razılaşmayan vətəndaşlarla narazılıqlar yaranıb.

Şirkət isə vətəndaşların evinin, əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.