Kimsə kimsəyə çip-filan yerləşdirmir

23-06-2021, 07:47           
Kimsə kimsəyə çip-filan yerləşdirmir
Koronavirus peyvəndi dəridə maqnit effekti yarada bilməz


Qaşığı, çəngəli, dəmirdən, alüminiumdan düzəldilmiş müxtəlif alətləri, hətta ütünü də bədənlərinə yapışdıranları çoxumuz görmüşük. Bunlar adətən sirk tamaşaları hesab edilir. Məqsəd cəlbedici olmaq, efirə, kütləvi tədbirlərə dəvət almaqla gəlir əldə etməkdir. İndi isə koronavirus peyvəndi vurduranların bədənində maqnit effekti yarandığını iddia edənlər ortaya çıxıb.

"Milliyet.com” yazır ki, peyvənd olunduqdan sonra qaşıq, yaxud da dəmir pulu, hər hansı metal əşyanı peyvənd iynəsi vurulan hussəyə qoyduqda onların oradaca tərpənmədən qaldığını iddia edənlər var. Bir metal əşyanı qolunuzun peyvənd iynəsi vurulmuş hissəsinə qoyun, görəcəksiniz ki, oradaca yapışıb qaldı.

Deyilənə görə, peyvəndlərin tərkibindəki nanoçiplər və ya digər maddələr iynə vurulan hissədə maqnit effekti – yapışqanlıq yaradır. İddiaları mütəxəssislər belə cavablandırıb. Mütəxəssislər bildirir ki, peyvəndlərin tərkibində maqnit effekti yarada biləcək hər hansı maddə yoxdur. Kimsə kimsəyə çip-filan yerləşdirmir.

Amma insanlar peyvənd olunduqdan sonra mütləq duş almalı, yəni yuyunmalıdırlar. Hər insanın dərisində yapışqanlı yağ təbəqəsi mövcuddur. Bu, dərinin təbii quruluşudur.

Yuyunduqda isə yağ təbəqəsi su ilə yuyulub itir. Bir müddət sonra dəri bu yağ təbəqəsini yenidən əmələ gətirir. Bu, dərinin özünü müdafiə üçün istehsal etdiyi təbii qoruyucu maddədir.

Bir metal əşyanı dəriyə basaraq yapışdırmağa çalışsanız, metalla dəri səthindəki yağ arasında zəif kimyəvi əlaqə qurulur, nəticədə metal əşya qısa bir müddət dəriyə yapışmış vəziyyətdə qala bilir.

Bu cür yapışqanlığın maqnit effekti ilə heç bir əlaqəsi yoxdur. Dəriyə bir qədər pudra (körpə dərisi üçün istifadə edilən) töksək, metal əşya heç bir vaxt dəriyə yapışmayacaq. Halbuki, bədəndə maqnit çəkiciliyi olsa, pudraya rəğmən istənilən metal əşyanı saxlayar və buraxmaz.

Ona görə də peyvəndlərlə bağlı hansısa mülahizələrə, şayiələrə inanmadan, peyvənd olunmaq lazımdır ki, koronavirus bəlasından qurtulaq.sherq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.