Rusiyalı bioloq peyvənd istehsalındakı problemləri açıqladı
24-06-2021, 07:04
COVID-19 üçün təsirli müalicə tapmaq həm texnoloji, həm də siyasi çətinliklər səbəbindən mümkün deyil.
Bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova Lenta.ru saytına verdiyi müsahibədə deyib.
Baranova izah edib ki, tədqiqatçılar uzun müddətdir müstəqil işləmirlər, çünki tədqiqatlar baha başa gəlir. Bu həcmdə vəsait isə yalnız qrantlar hesabına əldə edilə bilər. Həm də çox güman ki, bu vəsait peyvənd istehsalı üzərində çalışan bir çox mütəxəssisə verilməyəcək.
Bundan əlavə, rusiyalı bioloq bildirib ki, mutasiya xüsusiyyətlərini izləmək çətindir, bunun üçün onu klonlaşdırmalı və hüceyrələrə necə təsir etdiklərini izləməlidirlər:
“Obrazlı şəkildə desək, qarşımızda bir fil var. Biz onun bir ayağından - S-zülaldan yapışmışıq və üzərində sürünürük. Filin digər hissələri nədənsə, bizi çox az narahat edir”.