“Mənim oğlum impotent deyil” – İbrahimin anası danışdı
24-06-2021, 10:52
“Gülnayə iyunun 9-da evdən çıxıb gedib. Həmin vaxt biz hamımız xəstəxanada olmuşuq. Onun getməyi üçün heç bir səbəb olmayıb. Qardaşına mesaj yazıb və bizə böhtan atıb. Biz də istəyirik ortaya çıxsın, hər şey aydın olsun”.
Bunu “Yeni Sabah”a açıqlamasında Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, qaynı tərəfindən zorlandığı iddia olunan Gülnayə Şükürovanın qayınanası Solmaz Mirzəyeva deyib. O, Şükürovlar ailəsinin oğullarına böhtan atdığını bildirib. S. Mirzəyeva hadisənin necə baş verməsi, gəlini Gülnayənin evdən qaçması haqda danışıb:
“Xəstəxanada bizə zəng etdi ki, girdiniz qəbula. Dedik yox. Nə etdiyini soruşduq, bildirdi ki ev süpürürəm. Qayıdada gördük evdə yoxdur.
Onun təcavüzlə bağlı dedikləri yalandır. Mənim uşağımı şərləyir. Elə bir şey olmayıb. Bunu bir ana kimi dəqiq deyirəm. Belə bir şey heç vaxt ola bilməz. Kənddə istənilən adamdan soruşa bilərsiniz. Bizdə belə şərəfsizlik ola bilməz.
Mən onu qızım kimi qəbul etmişəm. Yağ bal içində saxladım. Qoymadım iş görməyə. Amma bilmirəm nəyə görə bizə qarşı bu hərəkəti elədi. Çıxsın üzə hər şey aydın olsun. Niyə gedib hardasa gizlənib?
Evdən paltarlarını da yığıb aparıb. 7-8 dəst paltar götürüb, fen, kosmetika, telefon, diş pastası götürüb. Biz onu evin qızı bilirdik və pulu saxlamaq üçün ona verirdik. 260 manat da pul götürüb. Allahla danışan adamam, qızıllarını çıxarıb evə qoyub. Hazırda da ona zəng çatmıt. Biz xəstəxanadan gəldik, gördük yoxdur, telefonuna zəng çatdı, amma götürmədi. 5 dəqiqə sonra telefona zəng çatmadı.
Hər kəsdən xahiş edirəm Gülnayənin taplmasına kömaək etsinlər.
Mənim uşaqlarım 2 qrup əlildir. Bir tərəfləri işləmir. Nicat da, İbrahim də. 2-3 kq ağırlığı belə qaldıra bilmirlər.
Tutaq ki, səni qaynın zorlayıb, əgər sən namuslu qadınsasa, hər hansı əşyanı götürüb onun başına vura bilərsən, mane ola bilərsən. Vur pəncərəni sındır. Qışqır, kimisə kömıəyə çağır, yaxınlarının yanına gedib xəbər ver. Day evdən qaçmaq nədir?
Mən də istəyirəm ki, məsələ aydınlaşsın. 16 gündür bizim evdə nə gecə, nə də gündüz var. Qorxu içərisində yaşayırıq. Mənim oğlum impotent deyil. Bu şayəni də onun anasıgil yayıb. 5 gün əvvəl üstümüzə hücum ediblər. Elə bir şey yoxdur. Həkim var, gedib yoxlana bilərik. Hər şey ekspertizanın tələbi ilə yerinə yetiriləcək. Mənim namuslu ailəmə niyə ləkə vururlar?
O nişanı qayıtmış qız idi. Sadəcə oğlum 4 il idi onu sevdiyi üçün onun istəyi ilə razılaşdıq və ailə qurdular. Onunla qızım kimi davrandım. İndi niyə belə elədi?! Əgər qaçmaq fikri vardısa, elə atasının evindən qaçardı.
Onun istədiyi adam olub. Uşaqlar iki dəfə onu başqası ilə mesajlaşanda tutblar. Başa salıblar, bu hərəkətinin dügün olmadığını izah ediblər. Mən də ona telefon alıb vermişdim, nə bilim belə edəcək. Onlar yoldaşı ilə ayrı qalırdılar, mən də onun telefonunu izləmirdim ki?!
Kiminlə yazışdığını bilmirəm. Kim idi bilmirik. Votsapla yazışıblar, onu da müəyən edə bilmədik.
Biz əsas yola yaxın yerdə yaşayırıq. Əgər yola çıxıb harasa getsəydi kimsə görərdi onu. Amma elə gedib ki, heç kim görməyib. Kimsə gəlib onu xüsusi aparıb. Haradasa saat 12-yə qalmış gedib. Polis idarəsinə gedib ərizə verdik ki, tapılsın.
Mənim 2 qız, 2 oğlum var. Ailəmə ləkə atılmasın. Qızlar sağlamdır, oğullarım isə əlildir. Bizim haqda rayonda hər kəsdən soruşa bilərsiniz. Heç bir tərbiyəsizlik olmayıb. Əgər belə bir hadisə olubsa üzə çıxıb bunu sübata yetirsin. Mənim oğlanlarım elə hərəkət etməz.
İndi kiminləsə getmək istəyirsə getsin. Deyərəm ki, mənim övladımı bəyənmədi, öz həyatıdır. Amma ailəmə böhtan atmasın”.
Qeyd edək ki, Cəlilabad Cəlilabad rayonunun Uzuntəpə kəndinə gəlin köçən G. Şükürova yoxa çıxıb. Onun qardaşı “Yeni Sabah”a açıqlamasında iddia edib ki, bacısının həyat yoldaşı İbrahim Mirzəyev cinsi problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın bəkarəti pozulmayıb. Buna görə də ona qaynı Nicat Mirzəyev tərəfindən təcavüz olub.
Hadisə ilə bağlı ətraflı bu linkdə tanış ola bilərsiniz: Cəlilabadda dəhşət: Bəy impotent çıxdı, gəlinə qaynı təcavüz etdi – Gülnayə hardadır?