Qızıl heç vaxt parıltısını itirmir: Ucuzlaşan qızıl bazarından necə faydalanmaq olar?
7-04-2015, 21:41
Bir neçə il əvvəl, 2011-ci ilin yay aylarında investorlar qızıldan istədikləri qədər faydalana bilmədilər. Həmin ilin avqust ayında qızılın unsiyasına görə qiymətin rekord 1 890,7 ABŞ dolları səviyyəsində qərarlaşması bazarlarda gərgin duruma səbəb olub. Bazarlarda qızıla tələbin artması birbaşa olaraq Yunanıstanın müflisləşməsi və tezliklə Avrozonanı tərk edəcəyi ilə bağlı xəbərlər nəticəsində yaranmış böhranla bağlı idi.
Bazar iştirakçıları öz sərvətlərini bazarda baş verəcək hər hansı dəyişiklik nəticəsində mümkün zərərdən sığortalamaq üçün təhlükəsiz (etibarlı) investisiya vasitəsi kimi tanınan qızıl ilə qızğın sövdələşmələrdə iştirak edirdilər. Qiymətli metala olan tələbin artması qızılın qiymətinin indiyədək görünməmiş həddə qərarlaşmasına səbəb olub.
2011-ci ildən sonra qızılın qiymətində bu cür bahalaşma müşahidə olunmasa da, qızıla yatırım etməyin üstünlükləri var. İnvestisiya portfelində qızıl əsasən digər aktivlərdə olan itkilərdən sığortalanmaq üçün istifadə edilir. Belə ki, qızıl bazarı səhm və digər aktivlərdən heç bir asılılığı olmadan, müstəqil şəkildə tənzimlənir. Bu isə qızılı qiymətli kağızlar bazarında enmə olarkən investorlar üçün daha da cəlbedici edir. Həmçinin ABŞ dolları dəyər itirdikdə qızıl adətən bahalaşır. Balanslaşdırılmış portfeldə 5-10% həcmində qızıl investisiyalarına pay ayrılması məqsədəuyğun hesab olunur.
Bəs qızıl bazarında enmə müşahidə olunarkən nə etmək lazımdır? Qızıl ticarəti bir çox müxtəlif formalarda həyata keçirilə bilər. Bunlardan ən geniş yayılmışı fiziki qızılla, yəni qızıl külçələrlə olan sövdələşmələrdi. Lakin bu cür sövdələşmələrin bir mənfi cəhəti odur ki, investor yalnız qiymətlərin artması nəticəsində gəlir əldə edir. Qızıl sövdələşmələrində iştirak etmək üçün getdikcə məşhurluq qazanan vasitələrdən biri qızıl CFD (qiymət fərqinə dair müqavilə) müqavilələrinə yatırım etməkdir. Bu cür müqavilələrin əsas üstünlüyü ondadır ki, qızıl bazarında artım və ya enmədən asılı olmayaraq müşahidə olunan istənilən dəyişiklikdən gəlir əldə etmək olur.
Qızıl CFD-ləri investorlara baza aktivinə malik olmadan bazarda mövqe tutmaq və sövdələşmələrdə iştirak etmək imkanı yaradır. Qızılın qiymətinin qalxacağını və enəcəyini öncədən proqnoz edərək investor gəlir əldə edə bilər. Qızıl CFD-lərin məşhurluq qazanmasının başlıca səbəbi odur ki, bu müqavilələr sayəsində rahatlıqla qiymət artımı zamanı “uzun” mövqedə və qiymətlərdə enmə olarkən “qısa” mövqedə çıxış edərək gəlir əldə etmək mümkündür.
Qızıl külçələri uzunmüddətli investisiya yatırımı üçün hər zaman üstünlüklərə malikdir. Belə ki, qızıl zaman keçdikcə öz dəyərini qoruyub saxlayır və inflyasiyaya qarşı hecləşdirmədə geniş şəkildə istifadə olunur. Qızıl CFD-lərinin fiziki qızıl ticarəti ilə müqayisədə üstünlüyü maddi aktivlə müqayisədə daha az həcmdə sövdələşmə və qısamüddətli qiymət dəyişmələrindən faydalanmaq imkanı verməsidir.
Qızıl sövdələşmələrinin daha bir üstün cəhəti valyuta dəyərinin qeyri-sabitliyindən sığortalanmaq üçün istifadə olunmasıdır. Güclənməkdə olan iqtisadi bərpa prosesinin fonunda möhkəmlənən ABŞ dolları bu baxımdan qızıla olan tələbi azaltsa da, qızıl vasitəsilə daha çox gəlir əldə etmək mümkündür. Bu əsasən dünya üzrə ehtiyatların izafiliyi şəraitində istiqraz kimi ənənəvi təhlükəsiz aktivlərin azlığı və bazarlarda mənfi faiz dərəcələri ilə çıxış etməsi ilə bağlıdır.
“Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirir ki, son zamanlar qızılın qiymətində müşahidə olunan ucuzlaşma uzun müddət davam etməyəcək və yeni investisiya yatırımları üçün qızıl ən aktual aktivlərdən biri olaraq qalır: ”Hazırda biz ABŞ-ın inkişafının zəifləməsi nəticəsində inkişaf etməkdə olan bazarlarda iqtisadi artımın 2015-ci ilin dördüncü rübü sürətlənəcəyi və 2016-cı ilin ilkin vaxtlarında möhkəmlənəcəyi dövrə keçid yaşayırıq. Lakin inkişaf etməkdə olan bazarlar böyük həcmdə ABŞ dollarında olan borc, əmtəə qiymətlərinin ucuzlaşması və Avropanın qlobal inkişafda yeni istiqamət yaratmaq üçün zəif olması şəraitində bir çox çətinliklərlə qarşılaşır”.
Qızılın qiymətinin gedişatından asılı olmayaraq qızıl hər zaman balanslaşdırılmış investisiya portfelində vacib strateji rol oynayacaq və öz parıltısını itirməyəcək.
“Saxo Bank” haqqında:
“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.