Rusiya ilə ticarət dövriyyəmiz nə qədərdir?

15-06-2022, 08:36           
Rusiya ilə ticarət dövriyyəmiz nə qədərdir?
Cari ilin yekunlarına görə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyədə, 4 mlrd. dollar ola bilər.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsi zamanı bildirib.

“Ümid edirik ki, bu ilin sonuna kimi bizim ticarət dövriyyəmizin həcmi 4 mlrd. dollara çatacaq. Hər bir halda bunun baş verməsi üçün hər şey edəcəyik. Çünki bunun üçün ilkin şərtlər mövcuddur”, – deyə səfir vurğulayıb.

Boçarnikov onu da əlavə edib ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 4 ayında hər iki ölkə arasında ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,44% artaraq 893,5 mln. dollar olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.