Məşhur müğənninin oğlu parkdan ölü tapıldı - FOTO

30-06-2025, 16:14           
Məşhur müğənninin oğlu parkdan ölü tapıldı - FOTO
Türkiyənin Adıyaman vilayətində məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sinan Çelik bir parkda ölü vəziyyətdə tapılıb. Üç uşaq atası olan Sinan Çelikin dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan (otopsiyadan) sonra məlum olacaq.
Bakupost.az xəbər verir ki, Adıyaman mərkəzdə yerləşən Sümerevler məhəlləsindəki Eğriçay Parkında işləyən Sinan Çelik səhər saatlarında parkda hərəkətsiz halda tapılıb.
Hadisəni görən vətəndaşların məlumatı əsasında təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlib. Sağlamlıq qruplarının apardığı yoxlamalar nəticəsində Sinan Çelikin artıq həyatını itirdiyi müəyyən edilib.
Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra Sinan Çelikin cənazəsi Adıyaman Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Mərhumun məşhur sənətçi Kahtalı Hamidonun oğlu və 3 övlad atası olduğu bildirilib.
Ağır xəbəri alan Kahtalı Hamido, tanınmış bəstəkar Aziz Çelik və ailə üzvləri xəstəxana morquna axışıb. Göz yaşlarına qərq olan yaxınları dərin sarsıntı keçirib, bəziləri huşunu itirib.
Hadisə ilə bağlı istintaq başladılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru