Ən yaxşı kameraları olan smartfonlar

Bu gün, 15:18           
Ən yaxşı kameraları olan smartfonlar
"DxOMark" laboratoriyasının mütəxəssisləri yeni qiymətləndirmə metodologiyasını tətbiq edərək, smartfon kameralarının sınaqdan keçirilməsinə yanaşmalarını yenidən nəzərdən keçiriblər.

Oxu.Az bu barədə IXBT saytına istinadla xəbər verir.

Nəticədə, bəzi modellər yenidən sınaqdan keçirilib və liderlərin siyahısı əhəmiyyətli dərəcədə dəyişib.

Yenilənmiş reytinqdə birinci yeri 169 bal toplayan "Oppo Find X8 Ultra" flaqmanı tutub. İkinci yerdə 163 balla daha əvvəl reytinqə başçılıq edən "Huawei Pura 70 Ultra" smartfonu qərarlaşıb.

İlk üçlüyü 161 xal toplayan "iPhone 16 Pro Max" tamamlayır ki, bu da rəqiblərin fonunda gözlənilməz nəticə olub.

Bundan əlavə, yeni metodologiya ilə "Google Pixel 9 Pro XL" (160 bal) və "Xiaomi 15 Ultra" (159 bal) sınaqdan keçirilib.

Qeyd edək ki, "DxOMark" smartfonlarda və digər elektronikada kameraların, audionun, displeylərin və batareyaların keyfiyyətinin sınaqdan keçirilməsi və müqayisəsi üzrə ixtisaslaşan müstəqil laboratoriyadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.