Hərəkət zamanı qida qəbulunun insanı necə kökəltdiyi açıqlandı

Bu gün, 17:18           
Hərəkət zamanı qida qəbulunun insanı necə kökəltdiyi açıqlandı
İnsan orqanizminin mədə-bağırsaq sistemi yeməyi hərəkət zamanı qəbul etməyə uyğun deyil. Yolda yemək orqanizmə stres yaşadır, bu isə həm həzm pozğunluqlarına, həm də artıq qida qəbuluna səbəb olur.

Gazeta.ru xəbər verir ki, bu barədə həkim Olqa Tarasova danışıb.

Mütəxəssis bildirib ki, əgər yemək tələsik, hərəkətdə yeyilirsə, bu zaman orqanizmdə "Döyüş və ya qaç" reaksiyası işə düşür.

"Həzm prosesi ağız boşluğundan başlayır. Hərəkətdə olduğumuz zaman daha az çeynəmə hərəkətləri edirik, ağız boşluğu kifayət qədər fermentlərlə işlənmir, mədə-bağırsaq sistemi isə hazırlıqsız qalır. Qan dövranı və həzm orqanlarının, xüsusilə də mədənin aşağı hissəsinin fəaliyyəti zəifləyir. Nəticədə, kortizol - yəni stres hormonu ifraz olunur və bu, yeməyin normal şəkildə həzmini çətinləşdirir. Bütün bunlar sonda artıq yeməyə və digər problemlərə gətirib çıxarır", - deyə Tarasova bildirib.

Hərəkətdə adətən əlimizə rahat yerləşən qidalardan - məsələn, fastfud məhsullarından istifadə edirik. Bu isə normal səhər yeməyi, nahar və ya şam yeməyi sayıla bilməz. Fastfud adətən karbohidrat və yağlarla zəngin olur, zülal tərkibi isə olduqca azdır. Bu cür qidalar tez bir zamanda artıq yeməyə, nəticə etibarilə isə maddələr mübadiləsinin pozulmasına, artıq çəkiyə və ürək-damar xəstəliklərinə səbəb olur.

Həkim vurğulayıb ki, hərəkətdə yeməyin yaratdığı ən minimal dəyişikliklər belə mədə-bağırsaq traktında pozuntulara gətirib çıxarır:

"Əgər yeməyi tələsik yeyiriksə, qarında ağırlıq hiss edirik və mədə-bağırsaq fermentləri həzmə tam hazır olmadığı üçün su ilə onları "yuyuruq". Nəticədə bağırsaq mikroflorasının pozulması, qastrit, kolit və qıcıqlanmış bağırsaq sindromu kimi pozuntular meydana çıxır", - deyə həkim yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.