"Bizim vaxtımızda" - Əşyanın dəyəri... Qiyməti ucuz olan əşyalar indi insan həyatından bahadır - Video
Bu gün, 15:14
Qədim əşyalar bizə keçmişi xatırladır. Onlar bizi zaman maşını kimi keçmişə aparır, həmin dövrlərin insanlarının həyat tərzi, mədəniyyəti, inancları, düşüncələri haqqında məlumatlar verir. Qədim əşyalar həm də öz dövrlərinin şahididir. Hər bir əşyada həmin dövrün şəxsiyyətləri, hadisələri haqqında müəyyən izlər var. Məsələn; qədim pullar öz dövrlərinin hökmdarları haqqında, qədim zinət əşyaları o dövrün qadınlarının zövqləri haqqında məlumatlar verir. Qədim silahlar tarixi müharibələrin şahididir, qədim qablar o dönəm yaşayan insanlara məxsus yemək mədəniyyətinin daşıyıcısıdır.
Ümumiyyətlə; qədim əşyalara baxdığımız zaman həmin dövrdə yaşamış insanların dünyagörüşündən də xəbərdar oluruq.
Yadınıza gəlirmi, qədim maqnitofonlar? Müxtəlif kasetlər alır, müğənniləri dinləmək üçün can atırdıq. Qədim xalçalar, keramika, zərgərlik məmulatları bizə həmin dövrün adət-ənənəsindən də xəbər verir.
Bizim qədim əşyalarla emosional bağımız da yaranır. Çünki o əşyalar bizdə nostalji hisslər yaradır.
Qədim əşyalara bizim üçün həm də öyrənmə mənbəyidir. Keçmişlə bağlı öyrənmək istədiklərimizi o dövrün əşyalarını araşdırmaqla öyrənə bilərik