Yer ətrafında altı "kiçik Ay" fırlanır - Alimlərdən maraqlı kəşf

Dünən, 17:34           
Yer ətrafında altı "kiçik Ay" fırlanır - Alimlərdən maraqlı kəşf
Yeni araşdırmaya görə, Yer ətrafında təkcə bir Ay yox, ən azı altı "kiçik Ay" dövrə vurur. Bunlar əsasən Yerin təbii peykinə çırpılan meteoritlərdən qopan parçalardır.

Bu barədə "Space" nəşri xəbər verir.

Bildirilir ki, bu "qırıntılar" çox vaxt Günəş ətrafında fırlansa da, bəzən Yerin cazibə qüvvəsi onları cəlb edir və bir müddət planetimizin ətrafında fırlanırlar. Alimlərin hesablamalarına görə, belə obyektlərin orta "ömrü" 9 aydır. Ölçüləri isə çox kiçikdir - əksəriyyəti 2 metrdən də az.

Maraqlısı odur ki, əvvəllər bu obyektlərin asteroid qurşağından gəldiyi düşünülürdü. Lakin yeni sübutlar göstərir ki, bir çoxu birbaşa Ayın özündən ayrılıb. Məsələn, 2016-cı ildə tapılmış "Kamоaleva" adlı obyektin də Aymənşəli olduğu məlum olub.

Bu "kiçik peyklər" həm elmi tədqiqatlar, həm də kommersiya məqsədləri üçün dəyərlidir. Alimlər hesab edirlər ki, onlarda faydalı elementlər və minerallar tapıla bilər və onlara çatmaq, asteroidlərə getməkdən daha asandır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru