Rusiyada araşdırma: Satışa çıxan erməni konyaklarının 85%-i...

Bu gün, 09:28           
Rusiyada araşdırma: Satışa çıxan erməni konyaklarının 85%-i...
Rusiya bazarında keyfiyyətsiz erməni konyaklarının həcmi 85%-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, bu barədə Konyak, Spirtli İçkilər və Alkoqollu İçkilər İstehsalçıları İttifaqının (“Soyuzkonyak”) və Beynəlxalq Anti-Saxtakarlıq Assosiasiyasının (“Antikontrafakt”) araşdırmasında əksini tapıb.
Araşdırmaya görə, tədqiq olunan erməni konyakının nümunələrinin 85%-i QOST-un tələblərinə, eləcə də Rusiya qanunvericiliyinə uyğun gəlmir. Bundan əlavə, araşdırmaya cəlb edilən erməni konyaklarının 50% -də üzüm olmayan spirt istifadə edildiyi aşkar edilib.
“Belə məhsulları konyak adlandırmaq belə olmaz”, - rusiyalı mütəxəssis bildirib.
"Ermənistan Respublikasının hakimiyyət orqanları problemdən xəbərdardır və konkret həll yolları barədə bizə məlumat verirlər. Amma biz heç bir nəticə görmürük. Üstəlik, hazırda əlimizdə olan məlumata görə, həm Ermənistandan Rusiyaya göndərilən keyfiyyətsiz konyak məhsullarının həcmi, həm də tədarüklərin ümumi sayındakı payı artır”, - Президент “Antikontrafakt”ın prezidenti Vladislav Reznik deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru