Tərləmənin artmasına səbəb olan məhsullar hansılardır?

Bu gün, 11:26           
Tərləmənin artmasına səbəb olan məhsullar hansılardır?
İsti havalarda tərləməni azaltmaq üçün acı ədviyyatlı yeməklərdən və kofeindən imtina etmək lazımdır.

Bu barədə Böyük Britaniyadan olan əczaçı Abbas Kənani danışıb.

Kananinin sözlərinə görə, rasiondan mümkün qədər çox yağlı qidaları çıxarmaq lazımdır. Məsələ burasındadır ki, fastfud, yağlı ət, kərə yağı və qənnadı məmulatları xolesterinin səviyyəsini artıra bilər. Bu da öz növbəsində, qan dövranı sisteminin işini poza və tərləmənin artmasına gətirib çıxara bilər.

Həmçinin isti hava üçün "uyğun olmayanlar" siyahısında ədviyyatlar və kofein də var - bu məhsullar mərkəzi sinir sistemini stimullaşdırır. Bu xüsusiyyət təkcə canlandırıcı təsir göstərmir, həm də bədənin termogenezini artırır və bu da tərləməyə imkan yaradır.

Mütəxəssis əlavə edib ki, istidə su balansını saxlamağı unutmaq olmaz. O izah edib ki, susuzlaşma tərləməni artırır, çünki bədən dərini soyutmaq üçün daha çox güc sərf etməlidir. Əczaçı daha az tərləmək istəyənlərə pis vərdişlərdən əl çəkməyi, kifayət qədər yatmağı və daha az əsəbiləşməyi tövsiyə edib. Kənani həmçinin təbii materiallardan hazırlanmış boş geyimlərə üstünlük verməyi də məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru