Ərəblərlə bağlı bu məlumatları oxumadan küçəyə çıxmayın

24-07-2017, 08:58           
Ərəblərlə bağlı bu məlumatları oxumadan küçəyə çıxmayın
Ərinə qəhvə dəmləməyən ərəb qadını boşayırlar, çünki...

Bəli, bir çoxumuz onların şəhərimizdəki varlığından narazıyıq. Bir çox hallarda hətta qıcıqlanırıq da. Amma onların bir xalq olaraq elə qəribə və ağlagəlməz xüsusiyyətləri var ki...

Baklıların haqqında ən çox danışdığı ərəb turistlər barədə bilinməyən bəzi detalları musavat.com oxucuları üçün toparladıq.

Səudiyyə Ərəbistanda bütün qadınlar, hətta əcnəbilər belə ancaq qara geyinərək bağlanmağa məcburdular. Ayaqları da daxil olmaqla bütün bədənləri qapanmış olmalıdır.

Milli dəyərləri sıradan çıxardığı iddiası ilə qadınların maşın sürməsi də uzun illərdir ki, qadağan olunub. Bu gün isə məhdud sayda da olsa qadın sürücü var.

Dünyanın ən bahalı otelləri həm də Dubaydadır. Həmin otellərdə 5 ulduzlu uşaq otağı belə var. Dünyanın ilk 7 ulduzlu oteli olan Dubayın ikonu olan Burj Al Arabda 24 karat iPad, cakuzi, şəxsə özəl qulluqçu xidməti də var. Bütün bunlar isə otel sakininə pulsuz verilir. Nəzərə alsaq ki, otelin bir gecəlik qiyməti nə az, nə çox 1,862 dollardır.

Lüksdən danışıb, Dubayda uşaq əmziklərinin belə qızıldan hazırlanması faktını unutmaq olmaz.

Ərəbistanda çox yaraşıqlı olduğu üçün ölkədən deportasiya edilən kişilər də var. Buna səbəb həmin yaraşıqlı kişilərin qadınları günaha batıra biləcəyidir. Bu şəxslərdən biri Omar Borkandır. Amma o, yeganə deyil. Bu günə qədər 3 belə deportasiya olunan şəxs var.
Daha bir fakt. Din polisləri qadınları günlük həyatda təqib etmək məcburiyyətindədir. Əgər şəriətə uyğun olmayan bir davranış görsələr, polislərin qadınları cəzalandırmaq hüququ var.

Heç bir qadın yanında kişi qohumu olmadan taksiyə minə, harasa gedə bilməz. Kişilər və qadınlar eyni restoranda yemək yeyə bilmir. Qadının yanında bir kişi qohumunu olması lazımdır. Fast food restoranlarında isə ödəmə üçün qadınlar və kişilər fərqli kassalardan istifadə edirlər. Qadınlar 2015-ci ilə qədər seçmə və seçilmə haqqına sahib deyildilər.

Ərəblərin yemək zövqü isə çox əcaibdir. Bununla bağlı internetdə onlarla mənzərə, fotofakt var. Qurulan iri bir yemək süfrəsində, böyük bir boşqabın içində noxutlu plov yeyən ərəblər bu zaman qaşıqdan istifadə etmirlər. Ovucları ilə düyünü mədəyə ötürür, əti də əlləri ilə sümüyündən ayırırlar. Ən əcaibi isə odur ki, onlar belə ibtidai süfrələri hətta təyyarələrdə də quraşdırırlar. Ərəb vətəndaşlar varlı menyuda ətli yeməkləri tərcih edirlər. Plov, ət və şirniyyatdan ibarət menyular onların vazkeçilməzidir. Getdikləri ölkələrdən asılı olmayaraq, hər yerdə öz yemək zövqlərini diqtə edirlər.

İlk dəfə 2012-ci ildə London Olimpiadalarına qadın idmançı göndərildi. Məhkəmələrdə 2 qadının şahidliyi 1 kişinin şahidliyinə bərabərdir. Təcavüz hadisələrində qadınların şahidliyi keçərsizdir.

Bu ölkənin cəmi bir şəhərində - Riyadda qadınlar ictimai nəqliyyatdan istifadə edə bilirlər. Təbii ki, qadın və kişi bölümləri bir-birindən ayrıdır.
30 il boyunca qadağan olunan kinoteatr təkcə Riyada gəldi. Ancaq sadəcə kişilər və 10 yaşından kiçik qızlar izləyə bilirlər. Bu, qadınlara yasaqdır.

Ölkənin qabaqda gedən müftülərindən biri fətvasında iki gözün təhrik edici olduğunu iddia edərək, tək gözü açıq qoyan özəl peçələr geyilməsini istəyib.

Qadınlar bir şərtlə universitetə gedə bilirlər. Əgər müəllim qadın olarsa. Yox, əgər müəllim kişidirsə, bu halda qadın şagirdlər ancaq onun dərs videosuu izləyə bilirlər.

Əgər qadın boşanar və ya dul qalarsa, oğlan övladının vəlayətini uzağı 7 yaşa qədər, qızının vəlayətini isə 9 yaşına qədər əlində tuta bilir. Bundan başqa, qadın boşandığı ərindən ilk 3 ay içində aliment ala bilir.
Bir qadın ərinə kofe hazırlamasa, əri onu boşaya bilər.

Qadınlar ərlərinin icazəsi olmadan uşaqları adına ayrı bank hesabı aça bilmir. Banka təkbaşına getmələri də qadağandır. Sadəcə qadın işçilərin olduğu özəl banklara gedə bilərlər.

2006-cı ildə 7 adam tərəfindən təcavüzə uğrayan 19 yaşlı gənc qadın, bir kişi ilə bərabər olmağa görə qırbac cəzasına məruz qalıb. O, bununla parallel 6 aylıq həbs cəzası da alıb.

Daha bir absurd. Bir kişi həkim qadını müayinə edirsə, bunun üçün onun yanında mütləq qadının qohum-əqrəbası olmalıdır.
Ən sonuncu fakt və ən dəhşətlisi. 2002-ci ildə qızlar yataqxanasında yanğın çıxmışdı. Həmin vaxt yanğınsöndürənlərin yataqxanaya girməsinə icazə verilmədiyi üçün 15 nəfər qız tələbə yanaraq can verdi.

Hazırda isə yeni siyasət ərəb qadınların mağazalarda satıcı olaraq işə götürülməsinə imkan verir. Amma maraqlı bir üsulla. Riyaddakı bir alışveriş mərkəzində yerləşən mağazanın “Ailələrə məxsus” tablosu asılan hissəsinə ancaq ailəli kişilər daxil ola bilir. Bundan başqa, hansı məhsulları qadınlar sata bilər, bunu müəyyənləşdirən ayrıca qaydalar da var. Məsələn, kişilərə özəl kremlərin, üzqırxma məhsullarının satıldığı şöbədə qadın satıcılar çalışmır.

Səudiyyə Ərəbistanda həm qadınlara, həm də kişilərə xidmət verən bütün restoranlar iki hissəyə ayrılıb. “Subaylar” bölümü sadəcə kişilərə, “ailə” bölümü isə qadınlar, uşaqlar və yanlarındakı yaxın qohum olan kişilərə xidmət göstərir. Qan və ya evlilik bağı olmadığı halda özünü belə aparan cütlüklər din polisi tərəfindən zorla restorandan çıxarılır. Çünki qanunlar və cəmiyyət qaydaları onların birgə oturmalarını qadağan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.