“Ya sən islamı qəbul eylə, mənim dinimə gəl, ya da təlim eylə, mən dini İsayə gəlim...” - DİNİNİ DƏYİŞMİŞ MƏŞHURLAR...

30-08-2017, 09:11           
“Ya sən islamı qəbul eylə, mənim dinimə gəl, ya da təlim eylə, mən dini İsayə gəlim...” - DİNİNİ DƏYİŞMİŞ MƏŞHURLAR...
İnsan ruhu qəribədi, nə qədər azadlığa can atsa da, həm də nəyinsə əsiri olmağa meyillidi. Bəlkə də ona görə ki, bəzi azadlıqlar özü də bir növ asılılıqdı, bəzi əsirliklərin bir növ azadlıq olduğu kimi. Bu səbəbdən ruh hər zaman özünə forma axtarır, ən çox da ifadə forması. Və yenə də elə həmin səbəbdən Tanrı ruhlar üçün müxtəlif “oyuncaqlar” göndərib; sevgi, din, əqidə...

Amma ruhlar üçün heç nə əbədi deyil, heç bir forma . Onunçün də sevgilər unudulur, əqidələr gözdən düşür, inanclar dəyişir. Bu saydıqlarım içində dini inancı dəyişmək ən çox cəsarət tələb edir, amma həm də ən cəzbedici görünür. Xüsusən, məşhurlar- daha azad ruhlar arasında müşahidə olunur.

Savash.org olaraq məqsədimiz dinini dəyişən insanlara haqq qazandırmaq və ya onları qınamaq deyil. Sadəcə nəzərinizə dinini dəyişən məşhur insanları təqdim edirik:

Ancelina Yeovard - musiqiçi, vokalist.
1881-ci ildə İslam diniylə tanış oldu və adını Gövhər Can olaraq dəyişdirdi.

Sahib Şihab - musiqiçi
Müsəlman olan ilk caz musiqiçilərindən biridir. 1947-ci ildə Edmond Qreqori olan adını dəyişdirdi.

Mirzə Kazım bəy (Aleksandr Kazımoviç Kazımbek) - Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü.
Qafqaz şeyxülislamının oğlu idi. İslamdan imtina edərək xristianlığı qəbul etmişdir.

Gigi Greys - musiqiçi, nəfəs alətləri ustası.
1950-ci ildə müsəlman oldu və Basheer Qusim adını aldı.

Müsəlmanlıqdan xristianlığa, daha sonra keşişliyə keçən Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. O, Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. 2011-ci ildə Sankt-Peterburqdakı “Məryəm - Həvarilərin Məlikəsi” seminariyasına qəbul olunub.
B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

Preaçer Moss - komediyaçı
Karyerasının ilk illərində Amerikan İslam cəmiyyəti ilə tanış oldu və burada İslam dinini qəbul etdi.

Əhməd Camal - Caz musiqiçisi
Əsl adı Frederik Russell Cons olan Əhməd Camal 1952-ci ildə müsəlman oldu.

Karlos Saul Menem
1989-1999-cu illərdə Argentina prezidenti olub. O, Suriyadan olan mühacirlərinin ailəsində dünyaya gəlib. Menemin valideyinlərindən biri erməni, digəri isə müsəlman olub. Gənc siyasətçi katolik dinini qəbul etdiyini elan edib.

Ömər Şərif - aktyor
1955-ci ildə misirli aktrisa Faten Hamama ilə evləndi və islamı qəbul etdi.

Frank Riberi - futbolçu
Frank, müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vəhibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul etdi və adını dəyişdirərək Bilal qoydu.

Məhəmməd Əli - boksçu
Əsl adı Kasius Marselius Kley olan əfsanəvi boksçu 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını aldı.

Seymur Baycan – tanınmış azərbaycanlı yazar bəyanat verərək xristianlığı qəbul etdiyini bildirib.

Emil Kusturitsa-kinorejissor
1954-cü ildə Sarayevo şəhərində müsəlman serb ailəsində dünyaya gəlib. Valideyinləri ona Əmir adı qoymuşdular. 2005-ci ildə dinini dəyişərək özünə Emil adı seçən kinorejissor xanımı Maya ilə birlikdə Müqəddəs Savva Kilsəsinin təmirində iştirak edib. Pravoslav xalqlarının vəhdəti uğrunda səylərinə görə Rusiya patriarxı tərəfindən təltif edilib.

Mos Def - Rep musiqiçisi
13 yaşında atası sayəsində İslam diniylə tanış oldu. 19 yaşında müsəlman oldu.

Cermain Cekson - musiqiçi
Maykl Ceksonun böyük qardaşı olan Cermain 1989-cu ildə Bahreyndə İslamı qəbul etdi.

2012-ci il London olimpiadasında Azərbaycanı təmsil edən, 2016-cı il Rio-de Janeyro olimpiadasına lisenziya qazanan, Gənclər arasında Avropa çempionu, Qadınlar arasında dünya 3-cüsü, Dünya təsnifat turnirinin 2-cisi, Avropa oyunlarının gümüş medalçısı, xanım taekvandoçumuz Fəridə Əzizova islam dinindən imtina edərək xristianlığı seçənlər arasındadır.

Levis Arqut - aktyor
Həyat yoldaşını 1997-də itirdikdən qısa müddət sonra müsəlman oldu.

Yadigar-Məhəmməd xan
Həştərxan xanının oğlu. 30 yaşında xaç suyuna çəkildi, pravoslavlıqla birlikdə özünə Simeon Kasayeviş adı seçdi.

Vincenzo Luvineri - rep musiqiçisi
"Jedi Mind Tricks" qrupunun üzvü olarkən müsəlman oldu.

Deni Tompson - Rok və caz musiqiçisi
Məşhur caz musiqiçis Tompson 1990-cı ildə müsəlman oldu

Leo Afrikanus
Ərəb səyyahı Leo Afrikanus kimi tanınan Həsən Vəzzan Fəsidir (1488-1554). 1520-ci ildə xaç suyuna çəkilir və Leo adını qəbul edir.

Maykl Cekson
2008-ci ildə dostunun Los-Ancelesdəki evində kəlmeyi-şəhadət deyib İslam dinini qəbul etdi və özünə Mikayıl adını seçdi.

Snop Doq - rep musiqiçisi
2009-cu ildə tanış olduğu "Nation of Islam" qrupuna qatıldı və İslam dinini qəbul etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.