Sirli ayaq izləri insanların 6 milyon il əvvəl dünyada var olduğunu göstərir
4-09-2017, 00:52
Tapılan ayaq izlərinə görə, insanlar 6 milyon il öncə də dünyada var olublar. Və bu bu ayaq izləri haradasa qəti şəkildə bilinən bir primata aid deyil.
İnsan ayağı açıq bir şəkildə digər canlıların əl və ayaqlarından fərlənir. Ayağımızın alt hissəsi yerə rahat bir şəkildə basmağı təmin edir və baş barmaqlarımız primatlarla müqayisədə ayağımızın uzunluq oxuna uyğundur. Buna görə də bəzən insanı insan edən yeganə amillərdən biri kimi də ayağımız göstərilir.
Moderator.az bildirir ki, Kritdə tapılan sirli ayaq izlərinin 5.7 milyon illik olduğunu və bu ayaq izlərinin günümüz modern insanları ilə təqribən eyni xüsusiyyətlərə malik olduğu ortaya çıxıb. Geoloq Araşdırmaları Jurnalında nəşr olunan bu tədqiqata ən qədim insan əcdadlarının Şərqi Avropa ilə yanaşı Cənubi Avropada gəzmiş ola biləcəyini düşündüyü üçün hələ də mübahisəli yanaşılır.
Bu dövr Miosen (Miocene) kimi tanınan bir geoloji zaman aralığına uyğun gəlir. Ayaq izləri isə iki ayağı üzərində dayanaraq dik yeriyən bir canlıya aiddir və cəmi 29 ədəd bu izlərdən mövcuddur. Üstəlik, bu canlıların boyları 94 mm-dən 223 mm-ə qədər dəyişir və insan izlərinə çox oxşar bir şəkil və formaya malik olduqları güman edilir.
Bu izlərin haradasa qəti şəkildə hər hansı bir meymun növünə aid olmayacağı güman edilir, çünki meymunların ayaq izləri insanlara bənzəsə də insan ayağının dabanı kimi düz şəkildə deyil.
Ayaq izlərinin tarixlərinin müəyyənləşdirilməsində "foraminifer" adı verilən dəniz mikroorqanizmləri ilə yerli tortul süxurlar istifadə edilib. Foraminifer çox sürətli bir şəkildə açılır və tortul süxurlar daşıdıqları foraminifer sayəsində olduqca dəqiq tarixlər verə bilir. Buna əsaslanaraq da ayaq izlərinin 8.5 ilə 3.5 milyon il əvvələ aid olduğu güman edilir.
Çoxu tədqiqatçı Efiopiyanın insan nəslinin kökü olduğunu irəli sürərək Afrikanı "Bəşəriyyətin beşiyi" adlanırırdı. Bundan başqa, tədqiqatçıların tapdığı ən qədim ayaq izləri Tanzaniyadakı Laetolidə aşkarlanmışdı və bir sonrakı geoloji araşdırma Pliosendən gəldi. Bunlar 3.66 milyon yaşında idi.
Bu ayaq izi skeletləri insanın təkamül prosesini Afrikadan əvvəl Avropada keçirməyə başlamış ola biləcəyi ideyasını doğurur. Yenə də bir çox elm adamı bu vəziyyətə şübhə ilə yanaşır. Şübhəli halda ortaya atılan fikirlərdən birinə görə, ayaq izləri indiyədək məlum olmayan bir miosen primata aid ola bilər. Bu da bizimkindən fərqli olmayan bir ayaq anatomiyasına malik imiş deməkdir.
Əslində bunu belə də açıqlaya bilərik, bir delfin və köpək balığı bir-biri ilə heç bir əlaqələri olmadan bənzər anotomik xüsusiyyətlər inkişaf etdirə bilər. Ancaq bu vəziyyət iki heyvanın da bir-birilərinə çevriləcəkləri kimi bir vəziyyət ortaya çıxarmaz. Yəni vəziyyət yalnız oxşar bir anotomik inkişafdan də ibarət ola bilər.
Bunun üzərinə bir də belə bir vəziyyət yaranır. Ayaq şəkilləri bizimkinin eynisi ola bilər, bəs böyük pəncələri varsa? Yəni tam mənada əmin olmaq həqiqətən çətindir. Həm regional oxşarlıqlar göstərə, həm də tamamilə ayrı xüsusiyyətləri də ola bilər.
Afrikadan başqa bir yer "Bəşəriyyətin beşiyi" olaraq bilinmədiyi üçün olan ayaq izlərinin şərh olunması məsələsində çətinliklər meydana gəlib, çünki Afrikadan kənarda indiyədək belə bir skeleti tapılmayıb.
Nəticələrin mübahisəli olmasına baxmayaraq bu ayaq izləri olduqca əhəmiyyətli mənbə kimi göstərilir. Həmçinin, tədqiqatçılar regionda daha çox iş görürlər və rəqəmlərin dəqiqliyi məsələsində bir addım atmaq istəyirlər.