Müharibə olmayacaq - Beş SƏBƏB

6-09-2017, 00:24           

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən son sınaqlar və təhlükələrə baxmayaraq, ABŞ KXDR-ə qarşı hərbi əməliyyatlara başlamayacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Mayami Universitetinin politologiya departamentinin professoru Cun Teufel Dreyer bildirib.
Professor fikrini əsaslandırmaq üçün beş səbəb göstərib.
1. Dreyerin fikrincə, Amerika ordusunun KXDR ilə müharibəsiz belə gərgin vəziyyətdə olması faktı mühüm rol oynayır. “ABŞ qoşunları artıq öz imkanları hüdudlarında hərəkət edirlər “ABŞ-ın Əfqanıstan və Yaxın Şərqdəki hərbi qulluqçuların ixtisarı bu bölgələrdə faciəli nəticələrə gətirib çıxaracaq.
2. Bundan başqa, Dreyer hesab edir ki, KXDR-na qarşı hərbi əməliyyatların başlanması haqqında qərarın qəbul olunması üçün pul məsələsini nəzərə almaq lazımdır. O xatırladıb ki, “Xarvi” qasırğasının nəticələrinin aradan qaldırılmasına böyük miqdarda pul ayırmaq lazımdır.
3. Professor hesab edir ki, ABŞ başqa ölkələrin reaksiyası ilə əlaqədar olaraq KXDR-ə qarşı hərbi əməliyyatlara başlamayacaq. O qeyd edir ki, həmin ölkələr ABŞ-ı təcavüzkar kimi qəbul edə bilər.
4. Dreyer qeyd edib ki, Pekinin Koreya böhranı ilə əlaqədar mövqeyi sonuna kimi aydın deyil. “Biz əmin ola bilmərik ki, Çin Pxenyanı müdafiə etməyəcək”, - o deyib.
5. Nəhayət, professor bildirib ki, “kütləvi qətl” Vaşinqtonun Pxenyana qarşı hərbi əməliyyatlarına imkan verməyəcək. Onun sözlərinə görə, KXDR-in ABŞ-ın hücumundan dərhal sonra sıx məskunlaşmış Seula və onun ətrafına hücümu “kütləvi qətl”ə gətirib çıxara bilər.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Bu, ölkənin sayca Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.
Yaponiya Müdafiə Nazirliyi yükün gücünü 70 kiloton qiymətləndirib. Bu, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarının gücündən bir neçə dəfə çoxdur.
Daha əvvəl Rusiya və Çin “ikiqat dondurulma” ideyasını təklif edib. İdeya raket və nüvə sınaqlarının dayandırılmasına əvəz olaraq ABŞ və müttəfiqlərinin təlimlərinin dayandırılmasını nəzərdə tuturdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.