Ərəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI – FOTOLAR

8-10-2017, 23:15           
Ərəblərin ən varlı şeyxinin QIZI: DƏBDƏBƏLİ YAŞAM və BRİLYANT EHTİRASI – FOTOLAR
Ərəb və Şərq zinətinin müasir dəbə təsiri getdikcə daha da əlamətdar olur. Əsas göstərici, əlbəttə ki, “Vogue Arabia” jurnalının buraxılmasıdır. İndi podiumlarda açıq-saçıq geyimlərlə qapalı fasonların kəskin mübarizəsi gedir. Əlbəttə ki, şərq gözəllərinin zinət əşyalarına olan hədsiz sevgisi də dəbə təsirsiz ötüşməyib.

Birləşmiş Ərəb Əmirliklərinin ən varlı şahzadələrindən birinin qızı və “Qara kitab. Şərq qadınlarının tarixi” kitabının müəllifi şeyx Hind Əl Kassemi zinət əşyaları kolleksiyası ilə xüsusilə məşhurdur. Ədəbiyyat, moda və qızıl-zinət əşyalarına olan marağı hobbi hesab etmək olardı, amma xanım Əl Kassami sevdiyi hər bəzəyə çox ciddi və qayğı ilə yanaşır. Dubay Moda Həftələrinə rəhbərlik edən varlı şeyx qızının içi milyon dollarlıq qızıl və brilyantlarla dolu olan çoxlu sayda mücrüləri var. O, bahalı bəzək əşyalarına olan məhəbbətini belə ifadə edib:

“Mən artıq uşaqlıqdan ailəmizdən bizə miras qalan cavahiratlarla tanış olmuşam. Ənənəvi ərəb tacları və boyunbağılarını sözsüz ki, yalnız parad şəkilləri üçün taxırdıq. Kiçik yaşlarımda valideynlərim “Chopard”dan mənə kiçik heyvan fiqurları şəklində olan bəzək əşyaları hədiyyə etmişdi. Mənim dayəm onları oğurlamışdı. Gecə yarısı onları boynumdan çıxardığı və necə oğurladığı indiki kimi yadımdadır. Boyunbağını boynumdan çıxaranda yuxudan durdum, onda o, “Qara adamın bura gəldiyini eşidirəm, tez gözlərini bağla və yat. Yoxsa ki, o, bizi öldürəcək”, – deyə qulağıma pıçıldadı.

Ertəsi gün mən bəzək əşyalarımı ondan istədikdə dayəm mənə dedi ki, onları guya qara adam oğurlayıb. Əgər mən bu barədə kiməsə danışsam, o qayıdacaq və qisas alacaq. Dayəni sevirdim, buna görə də böyüklərə bildirdim ki, bahalı hədiyyələri itirmişəm. Lakin bu hadisədən sonra axşamlar bahalı zinət əşyalarını çıxarıb nənəmin otağında qoymağa başladım”.

Mənə elə gəlir ki, qiymətli bəzək əşyalarına olan sevgi məndə 10 yaşımdan yaranıb. Hər gün yuxudan duran kimi nə isə taxmalı idim. Nənəm məni öyrədirdi ki, əsl xanımın incə davranışları, gözəl saç düzümü və zinət əşyaları olmalıdır. İndiyədək çalışıram ki, nənəmin məsləhətlərinə əməl edim. O, həqiqətən də möhtəşəm kraliça idi. Bəzək əşyaları sadə olsa, nəməm onları hər gün taxırdı”.

Hind Əl Kassami bildirib ki, “Cartier Tank” onun müstəqil aldığı ilk saatı olub:
“Kolleksiyamda böyük Kolumbiya zümrüdü ən sevdiyim rəngli daşdır. Mürəkkəb çərçivələri sevirəm. Armudvari daşlar üzükdə çox gözəl qalır və bütün baxışları cəlb edir. Bununla belə gündəlik üçün hər zaman yumru daşlar seçirəm. Mirvari də sevirəm, amma simmetrik formalarını”.

Talismanlar haqqında da çox danışa bilmərəm. Yaşıl daşlar pul və uğur gətirir. Qırmızı cəlbediciliyi ilə assosiasiya edilir. Göy sapfirlər nəcibliyi, brilyantlar isə hakimiyyəti bildirir. Antik bəzək əşyaları gözəl olsa da, onlara sahib olmaq istəmirəm. Çünki bu, qiymətli lənətdir: Onların sahibləri əsasən ya öldürülüb, ya da tək-tənha ölüb. Həmin əşyalar öz sahiblərinə dərd və nifrət gətirib”.

Bahalı zinət kolleksiyasının sahibi hesab edir ki, qadının bəzək əşyalarına nəzər salaraq onun xarakteri barədə çox söz demək olar:

“Mənə elə gəlir ki, “Patek Philippe” ni yetkin təbiətili qadınlar taxır, “Cartier”i praktiklər, “Rolex”i realistlər sevir. “Chopard” isə əyləncə həvəskarlarının seçimidir.

Çox sadə bəzəklər taxan xanımlar adətən cəmiyyətdə xoş qarşılanır və ünsiyyətcil olur. Nəzərəçarpacaq və mürəkkəb zinət əşyaları həvəskarları isə daha sərt və tələbkar xarakterə malikdir. Lakin, istisnalar əlbəttə ki, baş verir”.

O, bilyantlarla işlənmiş qızıl saatları çox sevdiyini deyib. Sevdiyi markalar isə bunlardır: “Audemars Piguet”, “Franck Muller” və “Philippe Patek”.

Əl Kassami üzərində çox zinət əşyaları taxmağı xoşlamadığını da əlavə edib:

“Sadə boyunbağını sadə sırğalarla tamamlamaq gözəldir. Risk etmək olar və mürəkkəb bəzəkləri birləşdirmək olar, amma bunun üçün səndən düzgün uzlaşma, böyük sənət bacarığı tələb olunur. Mən hesab edirəm ki, moda ilə ayaqlaşmaq asandır, amma zövq duyumu çətin məsələdir. Məncə, zövq duyumunun olması genetik amillərlə bağlıdır. Zinət əşyaları taxanda səhvlər yolverilməzdir, axı məhz onlar sənin üslubun haqqında çox şey danışa və məlumat ötürə bilər”. sonxeber.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.