“Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” - Azərbaycanın Moldovadakı səfiri

9-12-2020, 21:09           
“Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” -
Cari ilin 9 dekabr tarixində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.
Müsahibədə səfir Q.Osmanov otuz ilə yaxın erməni işğalı altında olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığını, bunun müxtəlif qətnamələr şəklində yalnız kağız üzərində qaldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini, 7 rayondan 3-nün Rusiyanın vasitəçiliyi ilə atəşsiz və şəhid verilmədən qaytarıldığını bildirmiş, erməni təcavüzkarlığı nəticəsində dağıdılmış yerlərin artıq fəal şəkildə bərpa edilməyə başlanıldığını, Azərbaycanın Dağlıq Qarabağda yeni həyat qurmaq məqsədilə layihələr həyata keçirdiyini, bu xüsusda Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı fərman imzalandığını dilə gətimişdir.
Səfir müsahibəsində Prezident İlham Əliyevin sözlərini xatırladaraq işğal dövründə Ermənistan tərəfindən ölkəmizin əsas hissəsindən təcrid edilmiş Naxçıvanla əlaqənin yaradılmasını təmin edəcək yeni yolun tikintisinin qonşu ölkələr - Türkiyə, Rusiya, İran və hətta istəsə, Ermənistan arasında əməkdaşlıq platformasına çevrilə biləcəyini dilə gətirmişdir.
Eyni zamanda, müsahibədə səfir Q.Osmanov hazırda Xocalıdan Xankəndinə 104 kilometr uzunluğunda yeni dəmir yolu çəkilişinin müzakirə olunduğunu, yaxın gələcəkdə bölgədəki erməni təcavüzünə məruz qalmış bütün ifrastrukturun bərpa ediləcəyini qeyd etmiş, dövlət başçımızın çıxışını xatırladaraq Azərbaycanın işğaldan azad edilən torpaqlarında genişmiqyaslı quruculuq işləri aparılacağını, bununla bağlı layihəyə yerli şirkətlərlə yanaşı, dost ölkələrdən xarici şirkətlərin cəlb edildiyini bildirmiş, sonda erməni vandalizminin hər şeyə görə cavab verməli olacağını, haqq-ədalətin qələbə çaldığını vurğulamışdır.
Qeyd edək ki, səfirin müsahibəsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanmışdır.
Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür (https://noi.md/ru/v-mire/azerbajdzhan-uzhe-nachal-vosstanavlivati-karabah ).
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.