Biləsuvarda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı

15-12-2020, 16:55           
Biləsuvarda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanıldı
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Bəşirliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən, ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb

Lakin Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.