Ağsu rayonu Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunda Teref.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.
Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan dörd müştəri Polis Şöbəsinə dəvət olunub. Polis Şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.