Tanınmış alimə ağır itki üz verdi

17-12-2020, 19:31           
Tanınmış alimə ağır itki üz verdi
Gəncə Dövlət Universitetinin aliminə ağır itki üz verib. Bu barədə o,özünün facebook səhifəsində status yazıb.

Gəncə Dövlət Universitetin "Ümumi texniki fənlər" kafedrasının müdiri, texnika elmləri doktoru Elçin Cavadovun atası Məhəmməd Cavadov dünyasını dəyişib.

Cavadov Məhəmməd Namaz oğlu 1937 - ci ildə Gədəbəy rayonunun Kərimli kəndində anadan olmuşdur. 1962 - ci ildə H. Zərdabi adına KDPİ - nin "Pedaqogika və ibtidai təhsilin metodikası" ixtisasına qəbul olunmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirib, 1968 - ci ildə Gədəbəy rayonu, Hacıalılar kənd orta məktəbinə müəllim təyin olunmuşdur.

1973 - cü ildə Azərbaycan SSRİ - nin xalq maarif naziri M. Mehdizadənin əmri ilə fəxri fərmanla təltif olunub. 1976-cı ildən əməkdar müəllimdir. 2007-ci ildə 70 yaşı tamam olub və öz ərizəsi ilə təqaüdə çıxıb. 05. 12. 2020 - ci ildə şəkər xəstəliyinin ağırlaşması səbəbindən vəfat edib.

Elçin Cavadovun atasının vəfatı ilə bağlı kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Hörmətlə,

Həsənbala Hənifə oğlu Sadıqov

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq

İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru,

professor, respublikanın əməkdar müəllimi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.