Şanlı Qələbədən 40 gün keçir

19-12-2020, 19:35           
Şanlı Qələbədən 40 gün keçir
Şanlı Qələbəmiz və Ermənistanın kapitulyasiyasından təxminən 40 gün keçir. Bu 40 günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin 40-ı günü kimi qəbul etmək olar. Bu gün biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Düşünürəm ki, şəhidlərin ruhuna ən böyük töhfə ölkə rəhbərliyi tərəfindən məhz doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir.
Əslində Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən illərdir aparılan siyasətin məntiqi nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Əminəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcəkdir. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi bir daha ehtiramla anır və onlara Allahdan rəhmət diləyirik.


Cəlil Xəlilov - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.