Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı

21-12-2020, 10:53           
Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlandı
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.