Kafeyə yığışıb nişan məclisi keçirənlər saxlanıldı

8-04-2021, 13:41           
Kafeyə yığışıb nişan məclisi keçirənlər saxlanıldı
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini Elsevər Murtuzzadənin kafelərin birində qonaqların iştirakı ilə qardaşına nişan məclisi təşkil etdiyi müəyyən edilib.


Qayda pozuntusuna yol verən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.