Siyəzəndə karantin qaydalarını pozan repetitor aşkarlandı

17-04-2021, 12:04           
Siyəzəndə karantin qaydalarını pozan repetitor aşkarlandı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib. Belə ki, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.