Aprelin 19-da gözlənilən hava şəraiti

18-04-2021, 17:39           
Aprelin 19-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 19-da

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən

yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 19-24 dərəcə isti,

Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 19-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü

gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.