Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

21-04-2021, 08:36           
Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb
Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.