Müstəntiq həbsdəki torpaq fırıldaqçısını niyə buraxdırdı? - MÜƏMMA

25-01-2018, 14:10           

Hələ 3 ay əvvəl, ötən ilin oktyabrında Bakıətrafı kəndlərdə aldatma yolu ilə ayrı-ayrı vətəndaşlara torpaq sahələri satmaqda günahlandırılan Vəsahid Məlikovun həbsi barədə məlumat vermişdik. O, vəzifəli şəxslərin adından sui-istifadə etməklə aldatma yolu ilə vətəndaşları külli miqdarda pulunu mənimsəməkdə, torpaq qanunvericiliyinin tələblərini pozmaqda, sənədləri saxtalaşdırmada ittiham olunurdu. Vəsahid Məlikov Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 və 308.1 madəlləri ilə istintaqa cəlb olunmuşdu və onun barəsində 13 oktyabr 2017-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Məşhur torpaq fırıldaqçısının həbsi ictimaiyyətin diqqət mərkəzində olduğundan biz də bu məsələ laqeyd qalmamışdıq. Belə ki, saytımızda ailəsinə ev qurmaq üçünə torpaq sahəsi alarkən dələduzun toruna düşməsindən dəfələrlə bəhs etmişik. Bu gün isə Haqqın.az portalında dərc edilmiş məqalədən yerləşdirilmiş məqalədən (https://haqqin.az/news/121415) görünür ki, Xızı və Abşeron rayonları ərazisində torpaq sahələrini qanunsuz yolla satmış Vəsait Məlikov gözlənilərin əksinə olaraq, azadlığa buraxılıb. Məqalədə bu fırıldaqçının necə illərdir ki, özünü geniş əlaqələrə malik biri kimi qələmə verərək, qətiyyən ona aidiyyəti olmayan iri torpaq sahələrini adamlara satmaqla məşğul olduğundan bəhs edilir. Pul verməyə hazır olan insanların asanlıqla etibarını qazanan bu şəxs elitar ərazilərdə onlara müxtəlif torpaq sahələrini göstərərək yaxşıca qazanc götürüb və... aradan çıxıb. Kim əl çəkməyibsə, ona bəzi kağız-kuğaz da verib, torpaqğın şəhadətnaməsinin isə alqı-satqı tam başa çatdırıldıqdan sonra veriləcəyini vəd edib və məsələni bu günə qədər uzadıb.
Həmin zərərçəkənlər indi söyləyirlər ki, Məlikov onlardan qopardığı pulların bir hissəsini özünün seçkiqabağı kampaniyasına xərcləyib. Bəli, cinayət yolu ilə qazandığı pulu bu adam 2010-cu ildə Milli Məclisə deputat seçilmək üçün namizədliyini verdiyi Şamaxı rayonunda su kəmərinin çəkilişi və digər abadlaşdırma işləri üçün istifadə edib. Ona sakinlərin səsi lazmmış və görünür, Vəsait bundan yaxşı vasitə fikirləşib tapa bilməyib. Amma belə yolla deputat seçilməyə də nail olmayıb, nəticə isə onu məsuliyyətə cəlb edilməyə gətirib çıxarıb...
Bu qaranlıq əhvalatı oxucuya xatırlatmaq üçün Vəsaitə milyonlarla manat qazandırmış çoxsaylı epizodlardan yalnız birini misal gətirək. Firuz Hümbətov adlı bir nəfər ona 7200 manat verib və aldığı torpaqda ev tikməyə başlayanda problemlərin yaranıb-yaranmayacağı ilə maraqlanıb. O daFiruzu əmin edib ki, sənədlər tam qaydasındadır, əgər nəsə baş verərsə, özünün qəsəbədəki şəxsi torpağından ona eyni ölçüdə sahə verəcək, ya da pulunu qaytaracaq. Bundan başqa, Vəsait Firuzun bəyəndiyi yerin mülkiyyət hüququ haqqında Dövlət Əmlak Komitəsinin sərəncamından çıxarış göstərib və bildirib ki, məhz bu sənəd əsasında rəsmiləşdirmə aparacaq. Alqı-satqını rəsmiləşdirmək məsələsinə gəldikdə isə Məlikov ona yalnız notariusda təsdiq edilmiş etibarnamə verib . Düzdür, Vəsait torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə Abşeron Rayon İcra Hakimiyyətindən alınmış müqavilənin surətini də göstərib və yaxın vaxtlarda Dövlət Əmlak Komitəsinin sərəncamından “cıxarış” alıb-verəcəyini, hətta evə kupça almaq üçün köməklik edəcəyini də vəd edib. Amma rayon icra hakimiyyətindən bildiriblər ki, həmin sahə yalnız kənd təsəsrrüfatı məqsədləri üçün istifadə edilə bilər, onu almaq yox, yalnız icarəyə götürmək olar. Aydınlaşıb ki, torpaq sahəsi Vəsaitin özü tərəfindən 99 illiyə icarəyə götürülüb.
“Torpaq fırıldaqçısı”nın bacarıqla qurduğu tora düşən təkcə Firuz Hümbətov deyil. Bu siyahıda Masallı sakinləri ata və oğul Mehtiyevlər – Pərviz və Vidadi (ata bu hadisədən sonra vəfat edib), Bakı sakinləri – Aleksandr Litvinov, Fazil Məşədiyev, Rəşad Şıxəliyev və bir çox başqaları da var. Hər yerdən hüquq-mühafizə orqanlarına şikayətlər daxil olur. Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi 178.3.2 (külli məbləğdə ziyan vurmaqla dələduzluq) və 308.1 (xidməti vəzifədən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb. Ötən ilin oktyabrında isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Məlikova qarşı 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Çoxsaylı zərərçəkənlər hamılıqla müstəntiq İlyas Seyidovun yaxşı işindən danışırdılar. Ümid edirdilər ki, pulları geri qaytarılacaq, fırıldaqçı özü isə cəzasını alacaq.
Lakin bir müddət keçdikdən sonra zərərçəkənlərin ümidləri puça çıxıb – müstəntiq şikayətçilərlə anlaşılmaz danışıqıar aparmağa başlayıb. Seyidov onları öz şikayətlərini geri götürmək üçün dilə tutub ki, guya Vəsait peşmandır və aldatdığı alıcıların puulunu qaytarmaq üçün azadlığa buraxılmasını xahiş edir. Artıq bir dəfə Vəsaitin qarmağına keçmiş bu şəxslər yenidən onun vədlərinə inanıblar. Yaxşı, deyək ki, adamları müstəntiqin köməyi ilə aldatmaq mümkün olub, bəs qanunçuluqla bunu necə ediblər anlaşılmır. Bu “gözbağlayıcılıq” nəticəsində islaholunmaz fırıldaqçı hətta qanuni qətimkan tədbiri olan 4 aylıq həbs müddəti belə bitməmiş azalığa çıxıb. Müstəntiqin bəsirəti, məhkəmənin qətiyyəti hara qeyb olub – gəl, baş düş görüm... Hələ yaxşı ki, cinayət işinə xitam verməyiblər.
Bəs Vəsait özü? Yüz min manatlarla maddi ziyan vurduğu zərərçəkmişlərə üzrxahlıq etməyi azadlığa çıxdıqdan sonra ağlına da gətirməyib. Onlardan qopardığı pulu qaytarmaq haqqında isə heç söhbət yoxdur. Əksinə, hədə-qorxu yağdırılır. Təkcə özü tərəfdən yox, başqa yerlərdən də... Özü və adamları zərərçəkmişlərlə yanaşı, onların ailələrini də hədələyirlər. Seyidovun Vəsaitin xeyrinə yönəltməyə çalışdığı hər dindirmədən sonra şikayətçilərə təzyiqlər artıb. Zərərşkənlər bu barədə bir-birinə aman vermədən danışırlar, amma indi əvvəlki kimi öz adlarını çəkməyə ehtiyatlanırlar. Deyəsən, canlarını əməlli-başlı qorxu alıb.
Bu da anlaşılandır – pullarını itiriblər, başqa nəsə itirmək də istəmirlər. Axı, indi müstəntiq də onların tərəfində deyil və bu cinayət işini hansı tərəfə fırladacağını şikayətçilər bilmirlər. Onların bu gün əmin olduqları yalnız bir şey var – Seyidov təmiz iş görmür. Əgər şikayətçilər əvvəllər istintaqın yekunlaşmasını sakitcə gözləyirdilərsə, bu gün bu gözlənti narahatlığa çevrilib. Onlar nə qədər haqlıdırlar, zaman göstərəcək. Amma bütün hallarda ədalətin zəfər çalaçağına ümidlərini itirməyiblər, axı müstəntiqdən başqa ədalətli və prinsipial orqan olan şəhər Prokurorluğu da var ki, müstəntiq Seyidov da orada işləyir. Hətta müstəntiq şikayətçilərini hüquqlarını pozmağa cəhd göstərirsə də, ümidvarıq ki, bir dəfə aydın şəkildə nümayiş etdirdiyi kimi, prokurorluq Vəsaitə qarşı qanunun bütün gücündən istifadə edəcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.