Qadın veteranlar və bir necə mətbuat işçisi Türkiyə səfiri ilə görüşüb

16-02-2018, 20:44           

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə bu gün 16 fevral 2018-ci il tarixində bir neçə QHT rəhbəri və ictimaiyyət nümayəndələri Türkiyyənin Afrində terrorla mübarizənidə Türkiyəyə dəstək məqsədi ilə Türkiyənin Azərbaycan Respublikasında Fəaliyyət göstərən Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoralla görüşmüdürlər.
Uzun illərdir. Azərbaycanın başı üstünü qara buludlar alıb. Taleyin acı qismətindən biz ermənilərlə qonşu yaşamaq məcbiriyyətindəyik. Evimizdən ev, çörəyimizdən çörək verdiyimiz nankor erməni millətinin məkirli əməllərinin acı nəticələri bizim vətənimiz üçün çox fəlakətlər gətirib. Elimiz talanıb, evlərimiz dağdılıb, övladlarımız, analarımız, yaşlılarımız igidlərimiz qətl edilib. Ermənilərin 1905-ci ildə başlatdıqları soyqırım hələdə davam edir. 1915, 1918,1920, 1948,1952, 1988-ci ildən üzü bəri bu günə qədər yüz minlərlə insanımız ermənilər və tərəfdarları tərəfindən vəhşicəsinə qətlə yetiriblər. 1988-ci ildən davam edən Ermənistan tərəfindən elan olunmamış müharibə şəraitində yaşayır və hər gün şəhid veririk. Qarabağ müharibəsində döyüşən qadınların da 85 faizi qaçqın və məcburi köçkündür, vətən həsrəti ilə yaşayırlar. Qarabağı azad edəcəyimiz günü həsrətlə gözləyirlər. Müharibənin ağrı acısını görmüş Qarabağ müharibəsinə qatılmış Azərbaycan qadınları olaraq, terrorla mübarizədə Türkiyənin yanında olduğumuzu, Türkiyənin haqq işinin müdafiəsində dünyaya qarşı gəlmək üçün canımızdan keçməyə hazır olduğumuzuda bəyan etdik. HDP, PYD, PKK kimi terror təşkilatlarını öz qara orduları hesab edən dövlətlərin qarşısında Türkiyənin dik duruşunun daimi olması üçün biz türkiyəni dəstəkləməyə davam edəcəyik. Görüşdə iştirak edən təşkilat rəhbərləri hər biri Türkiyəyə sevgi və dəstəklərini çatdırmışdırlar.
Ekan Özoralda öz növbəsdində təşəkkürünü bildirmişdir. Qardaş dəstəyindən həmişə mənun olduqlarını və bu dəstəyə ehtiyac duyulduğunu bildirmişdir. MVQSYİB Türkiyənin Prezidenti Rəcəb Teyyib Ərdoğana dəstək məktubu yollmışdır.
MVQSYİB Mətbuat xidməti
1. Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri

2. Aybəniz Qafarlı Xarı Bülbül Ədəbi Məclisinin və Türk Dünyası qəzetinin rəhbəri


3. Qabil Ədalət BAYAT Yaradlıcılıq Mərkəzinin rəhbəri

4. Məmmədhəsən Həsənov Mina Qurbanlarının Sosial İqtisadi Porblemlərinin Həllinə Kömək Ictimai Birliyinin sədri


5. Arzu Qocayev Qarabağ Today saytının redaktoru

6. Sülhüyyə Musaqızı
Spece Tv nin əməkdaşı Jurnalist
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.