İsmayıllıda kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib
17-02-2018, 23:45
teref.az - Novruz bayramı ilə əlaqədar hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı və digər ərzaq məhsullarının satış-yarmarkası keçirilməsi qərara alınıb. İlk yarmarka 17 fevral 2018-ci il tarixdə hər cür şəraiti olan “Yaşıl bazar”da təşkil olunub. Bütün icra nümayəndəlikləri və bələdiyyələr, fermerlər ərazilərində istehsal olunan məhsullarla satış-yarmarkada iştirak ediblər. İvanovka, Talıstan, Topçu, Qurbanəfəndi, Qalınçaq kəndləri yarmarkaya daha çox çeşiddə məhsul çıxarıblar. Bazar qiymətindən 15-20 faiz aşağı qiymətə alınan heyvandarlıq məhsulları, kartof, alma, nar, noxud, göyərti və digər növ məhsullar bolluğu və keyfiyyəti ilə alıcıları razı salıb. Yarmarka nahardan sonra da davam edib.