İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

2-03-2018, 19:10           

teref.az - Respublikamız növbəti seçkilər ərəfəsindədir. Aprel ayının 11-nə təyin edilmiş seçkilərə o qədər də çox vaxt qalmayıb. Cəmiyyətimiz qarşıdan gələn bu seçkilərə köklənib. Xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla, əsil namizədə səs verəcəkdir.
Martın 2-də Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə RGİİ-nin rəisi Taleh Salehov açıb. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri barədə məlumat verib. İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov tədbirə toplaşan gəncləri İsmayıllı Rayon İcra Hakimiyyət başçısı adından salamlayıb. Ilk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn Prezident seçkilərində fəal iştiraka dəvət edib. Rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənlərimizin rayonun ictimai-siyasi həyatındakı fəal rolunu diqqətlə çatdırıb.
Rayon Dairə Seçki Komissiyasının üzvü Hacıməmməd Məmmədov, Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin tarix müəllimi Mövlud Ağayev, kollecin fəal tələbəsi Əlirza Hüseynov çıxış edərək növbəti Prezident seçkilərinin şəffaf, aydın və bütün dünyaya açıq şəkildə keçiriləcəyini qeyd ediblər.
İlk dəfə iştirak edəcək gənclərin ölkəmizi irəli apara biləcək əsil namizədə səs verməyə, seçkilərdə fəal iştiraka dəvət ediblər.
Tədbirin sonunda fəal gənclər RGİİ-nin fəxri fərmanları ilə təltif olunublar.


İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.