İsmayıllı RİH başçısının görüş-qəbulu şəhər ərazisində keçirilib

6-03-2018, 14:50           

teref.az - mİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun müntəzəm davam edən görüş-qəbulunun növbətisi 5 mart 2018-ci il tarixdə Peşə Tədris Mərkəzinin konfrans zalında keçirilib.
Mirdaməd Sadıqov görüş-qəbulu giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb, sonra qeyd edib ki, dünyada baş verən çoxistiqamətli böhranlara baxmayaraq Azərbaycan sabitliyini, təhlükəsizliyini, sosial həyat rahatlığını saxlayır, sosial-iqtisadi inkişafın tempini artırır, yeni-yeni beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsində fəal iştirak edir. Dövlətimiz hər bir vətəndaşın hərtərəfli qayğısını çəkir. Yaxşı haldır ki, rayonumuz da bu istiqamətdə öz əməli sözünü deyir, xüsusilə kənd təsərrüfatı və sənaye sahəsində diqqətəlayiq uğurlar qazanılır. İlk növbədə tədbirimizin keçirildiyi Peşə Tədris mərkəzini, qonşuluqdakı Dövlət Humanitar və Texnologiya kollecini nümunə kimi demək istərdim. 170 yerlik Xalça fabriki, “Bədo” sanatoriya-bərpa kompleksi, “Aqropark”, Keyvəndidəki heyvandarlıq kompleksi və sairləri ilin buraxılış obyektləri sırasındadır. Küçələrin asfaltlanması, işıqlandırma sisteminin quraşdırılması da davam etdiriləcək. 2013-cü ilin fevral ayından hansı istiqamət götürülübsə, bundan sonra da həmin istiqamət inamla davam etdiriləcək.
Midaməd Sadıqov daha sonra iştirakçılara müraciət edərək, onları dinləyib. Qaldırılan məsələlər hansılar olub? Şəhərin bir çox hissəsində, xüsusilə “Quşçuluq” xəttində elektrik təsərrüfatının əsaslı təmirinə ehtiyac var; Əyri çaydan sol tərəfdə “Yamac” deyilən yerdə torpaq erroziyaya uğrayır. Burada ağac əkməyə ehtiyac var; Əbülhəsən küçəsinin qalan hissəsinin də işıqlandırılması məsələsinə imkan yarananda baxılsa, yaxşı olar; perspektiv inkişaf fondu ərazisində enerji və su təchizatı hələlik yoxdur. Torpaqla bağlı da bir sıra suallar, təkliflər oldu.
Qaldırılan hər bir məsələnin həlli ilə bağlı məsul şəxslərə - şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədova, İsmayıllı bələdiyəsinin sədri Pərviz Ağayevə, rayon elektrik şəbəkəsinin rəisi Şahin Muradova, qaz istismarı sahəsinin rəisi Səhrab Səfərova və başqalarına konkret tapşırıqlar verildi, vaxt müəyyənləşdirildi.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.