Sosial şəbəkədən Hüseynqulu Bağırova müraciət etdilər: "Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı..."
8-03-2018, 10:03
teref.az olaraq facebook istifadəçisi olan Cemil Məmmədlinin ETSİN naziri Hüseynqulu Bağırova müraciətini sizə təqdim edirik: Cemil Memmedli 1 ч · Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı... Qoy birini mən deyim, "sveji-sveji".... Qusar rayonunun İmanqulu kəndində, Meşə idarəsinin müdiri Elşad adlı şəxs Mamed adlı kənd sakininin həyətində "parket sexi" açıb... Cənab nazir, sizin sözünüzü yerli Ekologiya İdarəsi ayda 500 manat, polis - 1000 manata Prokurorluğu bilmirəm Ekologiyada pulu deyilənə görə Salmanov İlham alır. Yerli Ekologiya rəisinin həm nazirliyə, həm də yerlərdə olan "pay-püş" işlərinə baxır...Dünən gəlmişdi ey, nazirliyə pay-püş gətirən, göy NİVA...bax onun sahibi... Bazar olsun, bu millətin, torpağın sərvətlərini satıb-sovurub,özünə mülk yığan hər kəsin gözündən gəlsin!!! Yuxarıda qeyd olunan faktlar barədə ETSİN-niun hüquq şöbəısinin müdürü Malik Rzayevə zəng etdik. Malik müəllim bu faktlardan xəbəri olmadığını və tanış olduqdan sonra cavab verə biləcəyini dedi. Hər halda teref.az olaraq gözləyirik! teref.az