İsmayıllıda 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub

20-04-2018, 00:19           
İsmayıllıda 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub
teref.az - 19 aprel 2018-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq qeyd edib ki, 2018-ci ilin birinci rübü sosial-iqtisadi uğurlarla yanaşı daha çox tarixi hadisələrlə əlamətdar olub. Prezident seçkilərinə hazırlıq görülüb. Mart ayının 19-dan təşviqat kompaniyası başlayıb. Rayonun hər bir təşkilatı seçkilərlə bağlı qanunla üzərinə qoyulmuş vəzifələri yüksək məsuliyyətlə icra edib. Nəticədə Yeni Azərbaycan Partiyasının, əslində Respublikamızın ümumxalq namizədi olan cənab İlham Əliyev ən yüksək səslə qələbə qazanıb. Bu münasibətlə mən sizi, bütün İsmayıllı əhalisini təbrik edirəm. Səsvermədə haqqı, ədaləti əsas götürüb Azərbaycanın daha xoşbəxt gələcəyinə səs verənlərə təşəkkürümü bildirirəm.
Giriş nitqindən sonra hesabat məruzəsi ilə RİH başçısının birinci müavini Rövşən Ağayev çıxış edib.
Məruzənin müzakirəsi zamanı İsmayıllı şəhər İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, 9 saylı yol istismar sahəsinin rəisi Məhəmməd Musayev və rayon baytarlıq idarəsinin rəisi Barat Şahalıyevin çıxışları dinlənilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov çıxış edərək müasir Azərbaycanın sosial-iqtisadi sahədə, xarici siyasətdə, ordu quruculuğunda, diplomatiyada, ölkənin ictimai həyatının və mənəvi mühitinin saflaşmasında, təhlükəsizliyinin təmin olunmasında qazandığı yeni-yeni uğurlardan danışıb. Qeyd edib ki, xalqın Prezident seçkilərindəki ədalətli, obyektiv və doğru seçimindən qürur duyuram. Xoşbəxtəm ki, Prezident İlham Əliyevin andiçmə mərasimində iştirak etmək şərəfinə nail olmuşam. İndi hər bir Azərbaycan vətəndaşı qürurludur, rəhbərinin qələbəsinə qəlbən sevinir.
Bundan sonrakı fəaliyyətimiz isə andiçmə mərasimində cənab Prezidentin qarşıya qoyduğu vəzifələri ən yüksək səviyyədə yerinə yetirməkdən ibarət olacaqdır.
Yığıncağın sonunda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti vəzifələri əks etdirən yekun nitqi söyləyib.
Hesabat yığıncağında Prezident İlham Əliyevə yığıncaq iştirakçılarının müraciəti qəbul olunub.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.