“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası - FOTO
21-04-2018, 01:36
teref.az - “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində daha bir sosial aksiyaya imza atdı. Autizmdən əziyyət çəkən uşaqlara dəstək olmağa qərar verən mobil operator bu çərçivədə “Nur” korreksiyaedici mərkəzlə əməkdaşlığa başladı. Belə ki, 23-27 aprel 2018-ci il tarixləri arasında qardaş Türkiyə Cümhuriyyətinin Alanya şəhərində keçiriləcək ANCA Dünya Autizm Festivalında “Nur” korreksiyaedici mərkəzdə müalicə alan 3 autizmli uşaq və 4 pedaqoqun iştirakı mobil operator tərəfindən təmin edildi.
ANCA Dünya Autizm Festivalı ilk dəfə 1995-ci ildə Kanadada keçirilib. Festival hər il müxtəlif ölkələrdə təşkil edilir. Bu il festivalda 35 ölkənin iştirakı gözlənilir. Azərbaycanı bu festivalda məhz “Nur” korreksiyaedici mərkəz təmsil edəcəkdir. “Nur” korreksiyaedici mərkəzdə defektoloq, loqoped, psixoloq, müalicəvi idman, yaşam və gimnastika müəllimi, xüsusi pedaqoqlar xidmət göstərirlər. Mərkəzdəki mütəxəsislər Daun sindromu, autizm, əqli inkişafın ləngiməsi, hiperaktivlik, eləcə də digər psixoloji və müxtəlif nitq problemlərinin reabilitasiyası ilə məşğul olurlar.
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar” uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.