“Şahin” hərbi-idman oyunlarının zona birinciliyində İsmayıllı komandası birinci olub

24-04-2018, 23:36           

teref.az - 24 aprel 2018-cı il tarixdə Şamaxı rayonunda "Şahin " hərbi-idman oyunlarının zona birinciliyi keçirilib.
10 rayondan olan komandanın iştirakı ilə "Şahin " hərbi-idman oyunlarının Əsasnaməsinə uyğun olaraq 8 bölmə üzrə keçirilən yarışda İsmayıllı rayon komandası (şəhər 3 saylı məktəb-liseyin komandası) I yerə, Ucar rayonunun komandası II yerə, Zərdab rayonunun komandası III yerə layiq görülüb. Yarışın sonunda I, II və III yerlərin qalibləri Gənclər və İdman Nazirliyinin, Şamaxı rayon Təhsil Şöbəsinin və Şamaxı rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediliblər.
I və II yerə qazanmış komandalar Bakı şəhərində keçiriləcək "Şahin " hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.