İsmayıllı rayonunun dinamik in kişafı - İsmayıllının Sumağallı kəndində “İnkubator Cücə Sexinin tikintisi” layihəsinin açılışı

27-04-2018, 18:18           

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) icma layihələrinə qrant dəstəyi göstərir.
Belə layihələrdən biri rayonun Sumağallı icmasında həyata keçirilib. Burada inkubator cücə sexinin tikitisi başa çatdırılıb.
Layihə çərçivəsində eni 8 metr, uzunluğu 23 metr olan inkubator sexi üçün nəzərdə tutulmuş bina tikilib, yüz metr uzunluğunda torlu hasar çəkilib, generator, inkubasiya şkafları, istilik sobası və digər avadanlıqlar qoyulub. İlkin hesablamalara görə, burada mövsüm ərzində 50-55 min cücə istehsalı mümkün olacaq.
27 aprel 2018-ci il tarixində inkubator sexinin açılışı olub.RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Mahmud Süleymanov, rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Həsən Həsənov, AzKİL-2-nin direktor müavini Gülbəniz Qənbərova, icra nümayəndəsi Vidadi Xəlilov, Sumağallı bələdiyyəsinin sədri Ata Rəsulov, kənd ağsaqqalları çıxış edərək layihənin təşkilatçıları və icraçılarına təşəkkür ediblər.
Sumağallı kəndinin iş adamları, ziyalıları və sakinləri xüsusilə onu vurğulayıblar ki, Kənd İnvestisiya Layihəsi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin vahid məqsədli işgüzar münasibətləri rayonun sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayır, bir çox vacib layihələrin həyata keçirilməsinə şərait yaradır.
Sonda, istismara verilən layihəyə birgə baxış keçirilib, yeni çıxmış cücələrin satışı təşkil olunub.
Həsən Həsənov
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.