Gömrük generalı Vüsal Novruzovun bahalı maşın kolleksiyası – Bugatti, Ferrari... - FOTOLAR
27-04-2018, 20:58
Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib.
Bir çox hallarda yüksəkçinli vəzifə sahibiləri, heç də ərkəsöyün məmur övladlarından geri qalmır. Və onlar dəyəri milyonları keçən avtomobil kolleksiyalarını, tikdirdikləri villaların qarajlarında saxlayırlar.
Belə ki, mənbənin iddiasına görə, generalın nə az, nə çox 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.
Bu avtomobillərin sırasında:
"Aston Martin One-77” – qiyməti 1 milyon 700 min dollar
"Bugatti Veyron” avtomobilin qiyməti 2,6 milyon dollar
Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon
Ferrari F70 – Qiyməti: $870,000
Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000
MERCEDES S600 MAYBACH -Qiyməti: eur 265,550
Və sairə. Bu sıralamanı daha çox artırmaq mümkündür.
Qeyd edək ki, gömrük genaralının bahalı son model avtomobilləri arasında – Lanbargini, Fort, Bugatti, Ferrari, Porsche, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar yer alır. Mənbənin iddiasına görə, həmin bahalı avtomobillərdən birini cənab Novruzov, nazirlərimizdən birinin oğluna hədiyyə edib…
mənbə: nia24.info